5 dakikada yemek tarifleri pankek tarifi pankek yemek tarifleri vakansiyalar

Avtomobil nömrələri

İndi şəxsiyyətimi gizlətməyə çalışsaydım, onun istəməsini istəmirəm son şey mənim damı altında yaşayan birAvtomobil nomreleri hesabatı vermək olardı.Avtomobil nömrələri qaçırma kimi davranırdı.Avtomobil nomreleri müəyyən bir qaydada araşdırılarsa və vaxtını alsaydı qurbana ən çox zərər verə və ya öldürüldü.
Avtomobil nömrələri üçün yeganə super veb sayt.
Avtomobil nomreleri
Avtomobil cərimələrinin yoxlanılması
Avtomobil cerimelerinin yoxlanilmasi

Avtomobil nomreleri

avtomobil cerimelerin yoxlanilmasi verilməsi və ya ödəniş xüsusi və ya təyinatlarda verilməsi şərtilə əmtəələr üçün fərqli bir qiymət nəzərdə tutmalı idi . İkinci cinayət üçün avtomobil cerimelerin yoxlanilmasi iyirmi il həbs cəzaavtomobil cerimelerin yoxlanilmasisı verildi (1 avqust, 1793), ölüm avtomobil cerimelerin yoxlanilmasi isə nəticədə (10 may 1794) əvəz edilmişdir.

Oxşar

ABŞ-ın Minnesota ştatında şirkət rəhbəri olan Azərbaycanlı

17 May

Rusların belə bir kəlamı vardır- "Yaşamaq yaxşıdır. Yaxşı yaşamaq ondan da yaxşıdır". Azərbaycanda onun hər cür şəraiti olub, necə deyərlər, ev-eşik, avtomobil, restoran. Amma qərara gəlib ki, Amerikaya köçsün, ömrünə rəng qatıb daha da gözəlləşdirsin. Azadlığın məhdudiyyət tanımadığı bu ölkədə yaşaya-yaşaya həyatdan mənəvi zövq ala bilsin. Övladına yüksək təhsil verib, onu xoşbəxt insan kimi böyütsün. Elə bu məqsədlə də əvvəlcə ailəsini göndərib. Bir müddət sonra isə özü də bu ölkəyə köçüb.

Atası Nurəddin Nəsirov Bakı Politexnik Texnikumunda kafedra müdiri işləyib. Eyni zamanda o vaxtki Azərbaycan Politexnik İnstitutunda riyaziyyat fənnini tədris edib. Anası Məryəm xanım Səfərova ixtisasca həkim olub. 1 nömrəli Bakı Tibb Texnikumunda həm kafedra müdiri və həm də texnikum həmkarlar təşkilatının sədri vəzifələrində çalışıb. Həmçinin Azərbaycan Tibb Universitetində də dərs deyib. Hər ikisi əslən Naxçıvanlı idi. Yeri gəlmişkən, əməkdar artist, tanınmış müğənni, rəhmətlik Yaşar Səfərovun bacısı oğludur.

Haqqında söhbət açdığım Muxtar Nəsirov 1966-cı ildə Bakıda dünyaya gəlib. 1981-ci ildə 258 nömrəli orta məktəbdə səkkizinci sinfi bitirərək Bakı Politexnik Texnikumuna qəbul olunub. 1985-ci ildə oranı avtomobillərin istismarı ixtisası üzrə qırmızı diplomla bitirib. 1985-ci ildə qəbul imtahanlarını uğurla verərək indiki Azərbaycan Dövlət İqtisad Universitetinin axşam şöbəsinin tələbəsi adına layiq görülüb. Sonra iki il ordu sıralarında xidmət edib. 1987-1993-cü illərdə qəbul olunduğu universitetdə təhsilini davam etdirərək iqtisadçı ixtisasına yiyələnib. Eyni zamanda 1987-1989-cu illərdə müxtəlif yerlərdə çalışıb. 1989-cu ildə "Almazdaş" koperativini yaradaraq 1997-ci ilədək Güzdək daş karxanasında işləyib. 1997-2012-ci illərdə Bakıda müxtəlif restoranlara rəhbərlik edib. Son işlədiyi yer, keçmiş "Torqovıy" küçəsindəki "M klub" restoranı olub. 2012-ci ildən ABŞ-ın Minnesota ştatında yaşayır.

Ömür-gün yoldaşı Sərur xanım ixtisasca fransız dili müəllimidir. On səkkiz yaşında bir oğlu vardır. Adı Nurəddindir…

Muxtar Nəsirov ABŞ-a gələndən sonra bir il dil kurslarına gedib, müxtəlif işlərdə çalışıb. 2013-cü ildə "MN Transportation" şirkətini yaradaraq, hazırda həmin müəsissəyə rəhbərlik edir. Şirkətin tibbi cihazlarla təmin olunmuş xüsusi avtomobilləri vardır. İnsanların xəstəxanalara, klinikalara daşınması ilə məşğul olur.

"Minnesota Azərbaycanlıları Asossasiyası"nın fəal üzvlərindən biridir. Daha doğrusu, təşkilatın maliyyə məsələlərini o tənzimləyir. Tədbirlərinin baş tutması üçün maddi yardım göstərir, təşkilati məsələlərdə yaxından iştirak edir. Torpaqlarımızın azad olunması onun da ən böyük arzularındandır. Ölkəmizə əminamanlıq, insanlarına gözəl həyat diləyir. Balıq ovunu sevir. Asudə vaxtlarında balıq tutmaqdan ləzzət alır. Pianoda ifa etmək isə onun əsas hobbisidir. Tez-tez ailəsi ilə birlikdə Amerikanı səyahətə çıxır, ştatları gəzib tanış olur. İndiyədək Avropa ölkələrinin çoxuna səfər edib.

Bir başqa aləmdir, Muxtar. Şən, gülərüz, mərd, səmimi. Deyir ki,- "Minnesotaya yolu düşən hər bir soydaşımızın üzünə evimin qapısı açıqdır. Buyurub gələ bilərlər. Xidmətlərində durmaqdan məmnun olaram. Bütün azərbaycanlılar mənim bacı və qardaşlarımdır"


Elman Eldaroğlu (ABŞ, Miçiqan)

Teqlər: ABŞ

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az