Avtomobil nömrələri

İndi şəxsiyyətimi gizlətməyə çalışsaydım, onun istəməsini istəmirəm son şey mənim damı altında yaşayan birAvtomobil nomreleri hesabatı vermək olardı.Avtomobil nömrələri qaçırma kimi davranırdı.Avtomobil nomreleri müəyyən bir qaydada araşdırılarsa və vaxtını alsaydı qurbana ən çox zərər verə və ya öldürüldü.
Avtomobil nömrələri üçün yeganə super veb sayt.
Avtomobil nomreleri
Avtomobil cərimələrinin yoxlanılması
Avtomobil cerimelerinin yoxlanilmasi

Avtomobil nomreleri

avtomobil cerimelerin yoxlanilmasi verilməsi və ya ödəniş xüsusi və ya təyinatlarda verilməsi şərtilə əmtəələr üçün fərqli bir qiymət nəzərdə tutmalı idi . İkinci cinayət üçün avtomobil cerimelerin yoxlanilmasi iyirmi il həbs cəzaavtomobil cerimelerin yoxlanilmasisı verildi (1 avqust, 1793), ölüm avtomobil cerimelerin yoxlanilmasi isə nəticədə (10 may 1794) əvəz edilmişdir.

Oxşar

ABŞ-ın 5 universitetinə qəbul olmuş Azərbaycanlı gənc

10 İyul

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə yenicə məzun olmuş İlqar Bağışov BP-dən iş təklifi almağına baxmayaraq, təhsilini davam etdirməyə üstünlük verib və tam təqaüdlə magistraturaya qəbul olunduğu ABŞ-ın 5 universitetindən birini – Ostindəki Texas Universitetini seçib. O, həmçinin bu universitetdə yüksək maaşla professor köməkçisi olaraq çalışacaq.

İlqarın qəbul olunduğu digər ABŞ universitetləri bunlardır:

• Tulsa Universiteti (tam təqaüd)
• Vayominq Universiteti (tam təqaüd)
• Kolorado Qazma Məktəbi
• Pensilvaniya Dövlət Universiteti

Həmin gənclə müsahibəni sizə təqdim edirik.

- BANM-dəki beş illik bakalavr təhsilinin sizin üçün hansı faydaları oldu?

- Beş illik təhsilin ən faydalı cəhəti təhsilin ingiliscə olması və Ali Məktəbdə yaradılmış rəqabətli mühit idi: bir-birimizlə yarışa girib daha yaxşı olmaqçün inkişaf edirdik.

- Niyə BANM tələbələri məzun olmamış iş təklifi alır?

- BANM-dəki təhsil müasir dünya standartlarına cavab verir, ingilis dilində ən son yenilənmiş dərsliklərdən istifadə edirik, yaxşı müəllimlərdən dərs alırıq. Bundan əlavə rəhbərliyin işə ciddi yanaşması və qurduğu strateji xətt nəticəsində yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq qurulub, həmin şirkətlərin təcrübə proqramlarında, istehsalat təcrübələrində iştirak edirik. Məsələn: BP-nin təcrübə proqramında iştirak edib, yaxşı performans göstərdiyim üçün həmin şirkətdən iş təklifi almışdım.

- Fasilə vermədən Amerikada magistratura dərəcəsi üzrə oxumağa nə vadar elədi sizi?

- İnsanın ən enerjili vaxtı gənc yaşlarıdır, bu yaşı faydalı dəyərləndirmək istədim, mühəndislik sahəsində ABŞ-ın ən yaxşı universitetlərinə sənədlərimi yolladım, qəbul aldım, öz sahəsinin lideri olan Ostindəki Texas Universitetini seçdim.

- Necə oldu Ostindəki Texas Universitetinin professorundan iş təklifi aldınız?

- Bakıda eiLink (Education Industry Link) Tədqiqat və İnkişaf Mərkəzi üçün seçilmişdim, bir ildən çox orada ingiliscə tədqiqat işi üzərində işləyirdim, həmin layihə “Termodinamikanın modelləşdirilməsi” haqqında idi, sonra tədqiqat işini Amerikalı alim Ryosuke Okunoya yollamışdım. Dr. Okuno işimi çox yüksək qiymətləndirdi və bildirdi ki, bakalavr pilləsində olan hər tələbə belə işləyə bilmir. Sonra o, mənə magistratura təhsilini Amerikada davam etməyi və yüksək məvacib qarşılığında iş təklif elədi.

- Sizi digər BANM tələbələrindən nə fərqləndirir, qazandığınız uğurları nəyə borclusuz?

- Əslində dərindən baxanda xüsusi fərqləndirəcək səbəb yoxdur. BANM-də təhsil səviyyəsi yüksəkdir, təhsil sistemi də tələbkardır, burda xeyli yaxşı tələbələr var. Sadəcə yaşıdlarımdan fərqli olaraq ingilis dilli tədqiqat işi aparmağa qərar verdim, bu, olduqca məsuliyyətli və ağır iş idi. Günlərlə gecə-gündüz tədqiqat işinin üzərində çalışdım və bir ildən çox çəkdiyim zəhmətin bəhrəsini gördüm. Tezliklə həmin işi məqalə kimi dərc etdirməyi planlaşdırıram.

- Gələcək üçün hədəf və planlarınız nədir?

- Gələcək üçün əsas hədəfim Amerika təhsil sistemində özümü daha da inkişaf etdirib ölkəmə dönməkdir. Daha sonra BANM-də mühəndislik sahəsi üzrə tədqiqatlarımı davam etdirərək doktorluq dərəcəsinə yüksəlmək, Ali Məktəbdə bu sahəyə maraq yaratmaq və onu inkişaf etdirməkdir.

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az