5 dakikada yemek tarifleri pankek tarifi pankek yemek tarifleri vakansiyalar

Avtomobil nömrələri

İndi şəxsiyyətimi gizlətməyə çalışsaydım, onun istəməsini istəmirəm son şey mənim damı altında yaşayan birAvtomobil nomreleri hesabatı vermək olardı.Avtomobil nömrələri qaçırma kimi davranırdı.Avtomobil nomreleri müəyyən bir qaydada araşdırılarsa və vaxtını alsaydı qurbana ən çox zərər verə və ya öldürüldü.
Avtomobil nömrələri üçün yeganə super veb sayt.
Avtomobil nomreleri
Avtomobil cərimələrinin yoxlanılması
Avtomobil cerimelerinin yoxlanilmasi

Avtomobil nomreleri

avtomobil cerimelerin yoxlanilmasi verilməsi və ya ödəniş xüsusi və ya təyinatlarda verilməsi şərtilə əmtəələr üçün fərqli bir qiymət nəzərdə tutmalı idi . İkinci cinayət üçün avtomobil cerimelerin yoxlanilmasi iyirmi il həbs cəzaavtomobil cerimelerin yoxlanilmasisı verildi (1 avqust, 1793), ölüm avtomobil cerimelerin yoxlanilmasi isə nəticədə (10 may 1794) əvəz edilmişdir.

Oxşar

ABŞ-Çin “Ticarət Müharibəsi”

2 İyul

Çin ilə ABŞ arasındakı ticarət əlaqələrinin ədalətsizliyi Donald Trampın seçki kampaniyasının mövzularından biri idi və Administrasiyanın bu məsələ ilə ciddi məşğul olacağı o vaxtdan məlum idi. İki ölkə arasındakı ticari bağ o qədər qüvvətlidir ki, bütün beynəlxalq iqtisadi qurumlar bu konfliktin dünya iqtisadiyyatını yavaşladacağını və dünya ticarət böhranına səbəb olacağını bildirirdilər. 

Buna baxmayaraq, ABŞ-ın qəti mövqeyi problemin daha da dərinləşməsinə gətirib çıxardı. ABŞ Çin qarşısında həm iqtisadi, həm də siyasi tələblər qoyur. İqtisadi cəbhədə Tramp Administrasiyası hesab edir ki, ABŞ-ın trilyon dollarlarla ölçülən ticarət kəsiri əslində onun sərvətinin xaricilərə transferidir. Xariclər isə bu sərvətdən istifadə edərək ABŞ-ın aktivlərini əldə edirlər və belə davam edərsə, ölkə tamamən xaricilərin əlinə keçəcək. Əlbəttə ki, əsas “xaricilər” Çinlilərdir. Digər bir məsələ isə Çinin əqli mülkiyyəti müxtəlif yollarla “oğurlamasıdır”. Sənaye cəsusluğu bu yollardan biridir və Huawei şirkəti, onun rəhbərləri məhz bu yolla şirkətin texnologiya bazasını möhkəmləndirməkdə günahlandırılırlar. Təsadüfi deyil ki, həmin şirkətin rəhbərlərindən biri bir müddət əvvəl həbs olunmuşdu və şirkətin özü də bir başa sanksiyalara məruz qaldı. 

Çin höküməti də əqli mülkiyyətin transferində aktiv rol oynayır və ölkəsində investisiya etmək istəyən yüksək texnologiya şirkətləri yerli şirkətlərlə birgə müəssisə yaratmağa məcbur edərək nəticədə texnologiyanı ötürməyə dolayı yolla nail olur. Siyasi cəbhədə isə ən əsas fikir ayrılığı Şimali Koreya və Tayvan barəsindədir və Çindən bu ölkələrə olan təsirini müsbət istiqamətdə istfadə etməsi tələb olunur.

Çinin bu iddialara cavabı isə birmənalı deyil. O həm qanunvericiliyində müəyyən dəyişiklik edərək əslində ona qarşı olan tələblərin haqlı olduğunu qəbul edir, həm də heç bir halda oğurluqla məşğul olduğunu qəbul etmir, yüksək texnologiyalar sahəsindəki inkişafını bu sahəyə etdiyi investisiyalara və insan resurslarına bağlayır. Qeyd etmək lazımdır ki, ABŞ-da təhsil alan xarici tələbələrin üçdə biri çinlidir və bəzi tələbələrin sənaye cəsusluğunda iştirak etdikləri şübhələri var.

Qeyd edilən ixtilaflar öz həllini tapmadığı üçün 2018-ci ildə münaqişə daha da kəskinləşdi. Qarşılıqlı rüsumlar tətbiq olunmağa başladı. 2018-ci ilin sonunda rüsum tətbiqinə ara verildi və müzakirələr başladı. Lazımi nəticə alınmadığı üçün ikinci dalğa rüsumlar tətbiq olundu.

Mənbə: BBC

İki ölkənin ticarət dövriyyəsinə nəzər salsaq, məlum olur ki, Çin ABŞ-a 539 milyard dollarlıq, ABŞ isə Çinə 120 milyard dollarlıq mal və xidmət ixrac edir. Nəticədə Çinin bu münaqişədən daha çox əziyyət çəkəcəyini güman etmək olar. Statistikalar da bu fərziyəni dəstəkləyir. Belə ki, Çin artıq silahındakı mərminin çoxunu istifadə etmişdir.

Mənbə: BBC

Digər tərəfdən, ABŞ texnologiyasına və bazarına giriş qadağası Çinin inkişafı üçün sarsıdıcı ola bilər. 2019-cu ilin iqtisadi göstəriciləri bu prosesin artıq başladığını xəbər verir. İstehsalat sektorunda Biznesin Aktivliyi İndeksi (PMI) iyun ayında azalaraq inkişafın zəifləyəcəyinə işarə etməyə başladı. 2008-ci il böhranı səviyyəsindən uzaq olsa da, 50-nin altı zəif iqtisadi inkişafı tətikləyir.

china pmi.png

Mənbə: İnvesting.com portalı

Nəhayət, keçən həftə - iyunun 28-də G20 (ən iri 20 ölkə) sammitində iqtisadi problemlərin və təhdidlərin fonunda Çin bir müddət öncə tərk etdiyi danışıqlar masasına qayıtdı. Əslində bunu ABŞ-ın tam qələbəsi kimi qəbul etmək hələ tezdir və münaqişənın necə nəticələnəcəyi hələ də sual altındadır. Dəqiq demək olar ki, həm bir-birlərinə, həm də dünya iqtisadiyyatına zərbələr endirən bu ölkələr müvəqqəti fasilə elan etdilər/report.az

Teqlər: Çin

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az