Connect with us

Neft gəlirlərimiz proqnoz edildiyindən artıq ola bilər – EKSPERT

PROQNOZ

Neft gəlirlərimiz proqnoz edildiyindən artıq ola bilər – EKSPERT

Azərbaycanın neft gəlirlərinin 2017-ci ildə proqnoz edildiyindən daha çox olacağı gözlənilir.

Bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

Ekspertin sözlərinə görə, gəlirlərin artımı ehtimalına iki faktor təsir edə bilər: “Bunun birincisi, neft hasilatının heç də əvvəlki kimi 1,5 milyon ton (gündəlik orta hesabla 30 min barel) cıvarında azaldılması olmayacaq. Hökumətin proqnozlarına görə, 2017-ci il üçün 39 mln 796,9 min ton neft hasilatı gözlənilir. Bu, isə cari illə bağlı korrektə edilmiş neft proqnozundan 948 min ton azdır”.

İ. Şaban bildirib ki, ikinci faktor isə qiymətlərlə bağlıdır: “2017-ci il üçün həm dövlət büdcəsinin, həm də Dövlət Neft Fondunun gəlirləri neftin orta illik ixrac qiyməti 1 barel üçün 40 dollardan hesablanıb. Gələn il üçün neft qiymətlərinin proqnoz göstəriciləri investisiya bankları, enerji agentlikləri, maliyyə qurumları və hasilatçı şirkətlər tərəfindən hal hazırda 50-65 dollar arasında qiymətləndirilir. Daha real qiymətləndirməni isə neft şirkətləri irəli sürürlər – təqribən 53-55 arasında. Yəni bu qiymətin aşağı sərhədi belə neft gəlirlərimizin proqnoz göstəricilərindən 32,5% çoxdur”.

Ekspert vurğulayıb ki, cari ildə Azərbaycan neftinin orta ixrac qiyməti təqribən 45 dollar çıvarında olub (ötən il 54,30 dollar idi): “Ona görə də neft hasilatının azalması faktiki olaraq neft qiymətlərinin artımı ilə kompensasiya edilə bilər. Bunun üçün cari ildəki faktiki qiymətdən 23% qiymət artımı kifayət edər”.

APA

Yuxarı