Bizimlə əlaqə saxlayın

“Başak İnam Sığorta” nizamnamə kapitalını 43% artırır

SIĞORTA

“Başak İnam Sığorta” nizamnamə kapitalını 43% artırır

“Başak İnam Sığorta” ASC nizamnamə kapitalını yaxın 1 ay ərzində 3 mln. manat və yaxud 42,86% artıraraq 10 mln. manata çatdıracaq. 

Məlumata görə, kapital artımı ilə bağlı qərar “Başak İnam Sığorta”nın səhmdarlarının dekabrın 22-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib. Yığıncaqda həmçinin səhmdarlara təklif olunub ki, ləğvetmə prosesində olan “Zaminbank” ASC-nin payı alınsın.

Xatırladaq ki, Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu “Zaminbank”ın vaxtilə “Başak İnam Sığorta”nın nizamnamə kapitalına yatırdığı 1,7 mln. manat vəsaiti geri çəkmək istəyir. Bu baş versə, şirkətin məcmu kapitalı indiki 5 mln. manatdan 3,3 mln. manata düşəcək və kapitalla bağlı sığorta şirkətlərinə qarşı müəyyən edilmiş minimum tələbnamə (5 mln. manat) pozulacaq.

Report

Davam edin

+ SIĞORTA

Moneta.az saytında vakansiyanı necə yerləşdirə bilərəm?

Moneta.az saytında vakansiya yerləşdirmək üçün vakansiya haqqında məlumatları vacancy@moneta.az email ünvanına göndərə bilərsiniz

SON VAKANSİYALAR

Mühasib – Metak

Moneta.az 28 Fevral 2017

Hostess – Restoran

Moneta.az 26 Fevral 2017

Qabyuyan (xanım) – Restoran

Moneta.az 26 Fevral 2017

Help Desk – Altes Group

Moneta.az 23 Fevral 2017
Yuxarı