Connect with us

Yaxın 10 ildə “Saudi Aramco”nun 49%-i satılacaq

KAPİTAL BAZARI

Yaxın 10 ildə “Saudi Aramco”nun 49%-i satılacaq

Səudiyyə Ərəbistanı qarşıdakı 10 il ərzində “Saudi Aramco” dövlət neft şirkətinin səhmlərinin 49%-ni satmağı planlaşdırır.

Bu barədə ölkənin “Əl-İqtisadiyyə” qəzeti yüksək vəzifəli məmura istinadən yayıb.

Qəzetin yazdığına görə, proses 10 il ərzində mərhələli şəkildə davam etsiriləcək. İlk satışın isə şirkətin səhmlərinin 5%-ni əhatə edəcəyi və 2017-2018-ci illərdə baş tutacağı gözlənilir.

Qeyd edək ki, “Saudi Aramco” dünyanın ən qapalı neft şirkəti kimi tanınır. Onun özəlləşdirilməsinə səbəb isə neft qiymətlərinin kəskin azalması nəticəsində S.Ərəbistanının büdcəsində yaranan kəsir hesab edilir. “Saudi Aramco”nun bazar dəyəri isə mütəxəssislər tərəfindən bir neçə trilyon dollar həcmində qiymətləndirilir.

Xatırladaq ki, S.Ərəbistanı keçən həftə 2017-ci il dövlət büdcəsinin layihəsini 52,7 mlrd. ABŞ dolları həcmində təsdiq edib. Layihədə hasilatın azaldılması ilə bağlı Vyana anlaşmasına baxmayaraq,  2017-ci ildə neft gəlirlərinin 2016-cı illə müqayisədə 46% çox olacağı bildirilir. Anlaşmaya görə, S.Ərəbistanının 2017-ci ildən neft hasilatını gündəlik 0,48 mln. barel və ya 4,6% azaldaraq 10,06 mln. barel/günə salacağı gözlənilir.

Report

Yuxarı