Bizimlə əlaqə saxlayın

Çinlilər əmlak yerinə pullarını sarımsağa yatırırlar

İNVESTİSİYA

Çinlilər əmlak yerinə pullarını sarımsağa yatırırlar

Tarix boyu sarımsaq ədviyyat və tibbi məqsədlər üçün istifadə olunub. Asiyalıların qidasında sarımsağın xüsusi bir yeri var. 

Moneta.az xarici mətbuata istinadən xəbər verir ki, Çin dünyanın ən nəhəng sarımsaq istehsalçısıdır və 2016-cı ildə 25 milyon ton sarımsaq tədarük edib. Bu da dünya sarımsaq təklifinin 80%-i deməkdir. Hazırda sarımsağın qiyməti kəskin şəkildə artır. Çinin Ticarət Nazirliyi sarımsağın qiymətinin keçən illə müqayisədə 80% artdığını bildirir.

Screen Shot 2016 12 22 at 9.54.00 AM

Baxmayaraq ki, Çində digər əmtəələr üzrə fyuçers bazarı mövcud olsa da, sarımsaqlar üçün fyuçers bazarı hələlik yoxdur. Ona görə də sarımsağın qiymətinin artacağı proqnoz edilirsə, investor ilk növbədə sarımsağı almalıdır. Sarımsağı becərmək, yığmaq, nəql etmək və saxlamaq rahatdır. Müasir soyuducu anbarlar futbol meydançasından böyükdür və sarımsaqları 2 il müddətində təravətli saxlamağa imkan verir.

 

Davam edin

+ İNVESTİSİYA

Posting a job vacancy is easy and free

Send a job announcement via e-mail to vacancy@moneta.az

We will help you to find the right candidate

SON VAKANSİYALAR

Yuxarı