Bizimlə əlaqə saxlayın

“Azsığorta”nın reytinqi aşağı düşdü

SIĞORTA

“Azsığorta”nın reytinqi aşağı düşdü

“Fitch” beynəlxalq reytinq agentliyi “Azsığorta” ASC-nin Sığortaçının Maliyyə Gücü (İFS) reytinqini “B+” səviyyəsindən “B”-yə endirib.

Agentlik “Azsığorta” ASC-nin reytinqinin aşağı salınmasını şirkətin biznes profilinin zəifləməsi və 2017-ci ildə vəziyyətin önəmli dərəcədə bərpa oluna bilməyəcəyi ilə əsaslandırıb.

Reytinqin azaldılması həmçinin şirkətin 2016-cı ilin III rübünün yekunlarına əsasən əməliyyat rentabelliyinin kəskin azalması ilə izah edib. Reytinq həm də şirkətin mənfəətinin böyük hissəsinin səhmdarlar arasında bölüşdürülməsini özündə əks etdirib.

Agentliyin məlumatına görə, 2016-cı ilin III rübündə “Azsığorta” ASC-nin məcmu siğorta daxilolmaları Azərbaycanda makroiqtisadi mühitin pisləşməsi fonunda illik müqayisədə 34% azalıb. Şirkətin portfelində ən gəlirli istiqamət olan yüklərin sığortalanmasından daxilolmaların xüsusi çəkisi 2015-ci ilin III rübündəki 28%-dən bu ilin analoji dövründə 4%-ə düşüb.

Report

Davam edin

+ SIĞORTA

Posting a job vacancy is easy and free

Send a job announcement via e-mail to vacancy@moneta.az

We will help you to find the right candidate

SON VAKANSİYALAR

Yuxarı