Bizimlə əlaqə saxlayın

Şimal qonşumuz uçot dərəcəsini dəyişdirmədi

MONETAR SİYASƏT

Şimal qonşumuz uçot dərəcəsini dəyişdirmədi

Rusiya Bankı (Mərkəzi Bank) bu gün, dekabrın 16-da keçirdiyi növbəti iclasında gözlənildiyi kimi uçot dərəcəsini dəyişdirməyərək 10% səviyyəsində saxlayıb.

Moneta.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya Bankı tərəfindən verilən açıqlamaya əsasən, Direktorlar Şurası inflyasiya və iqtisadi fəallığı ümumən proqnozlara uyğun hesab edib, inflyasiya risklərinin bir qədər azaldığını qeyd edib.

“İstehlak qiymətlərində artım tempinin yavaşlaması əsasən mövsümi amillərlə bağlıdır və inflyasiya gözləntilərinin düşməsi dayanıqlı sayılmır. Uçot dərəcəsinin dəyişdirilməməsi və sərt pul-kredit siyasətinin davam etdirilməsi 2017-ci ilin sonuna qədər inflyasiyanı 4% hədəfinə yaxınlaşdıracaq”, – deyə qeyd olunub.

Rusiya Bankının rəhbəri Elvira Nabiullina uçot dərəcəsini ancaq 2017-ci ilin I və ya II rübündə azaldıla biləcəklərini bildirib. O həmçinin, Mərkəzi Bankın öz siyasətində dəyişikliklərə ehtiyatla yanaşdığını və həddindən artıq nikbinliyin səhvlərə gətirib çıxara biləcəyini qeyd edib.

Report

+ MONETAR SİYASƏT

Facebook Səhifəmizi Bəyənin

GÜNÜN ƏN ÇOX OXUNANLARI

Yuxarı