Bizimlə əlaqə saxlayın

Xarici meyvələrin üzərindəki kodların SİRRİ – Hansı təhlükəlidir?

KƏND TƏSƏRRÜFATI

Xarici meyvələrin üzərindəki kodların SİRRİ – Hansı təhlükəlidir?

Bazardan aldığımız xarici məhsulların üzərindəki kodlar əslində məhsulun tərkibinin şifrəsi imiş.

Moneta.az xəbər verir ki, belə məhsulları alarkən diqqətli olun. Aldığınız meyvə- tərəvəz geni dəyişdirilmiş də ola bilər.

Xaricdən gətirilmiş meyvələrin üzərində etiketlərə rast gəlmək mümkündür.

Təbii ki, bir çoxlarımız buna  diqqət yetirmirik.

Maraqlısı burasındadır ki, bazarda nəinki alıcılar, heç satıcılar da bu kodların mənasını bilmir.

Əgər etiket üzərində 4 şifr yer alırsa, demək meyvəni maksimum aqrotexnologiyalardan istifadə ilə yetişdiriblər. Yəni  tez yetişməsi üçün normadan artıq gübrə verilib.

Dövlət Fitosanitar Nəzarət Xidmətinin Karantin Ekspertiza Mərkəzinin direktor əvəzi Taleh Şəmiyev bu kodların istehsalçılar tərəfindən vurulduğunu bildirib.

Onun sözlərinə görə, qablaşdırılan məhsullardan fərqli olaraq açıq məhsullarda bu kodlar alıcını məlumatlandırmaq məqsədi daşıyır.

Aldığınız meyvənin üzərindəki kod 5 rəqəmlidirsə və 8-lə başlayırsa çalışın belə məhsullardan uzaq olun.Çünki bu meyvələr geni dəyişdirilərək yetişdirilib və tərkibində zərərli gübrələr çoxdur. Bir çox ölkələrdə bu cür məhsulların satışı qadağandır.

Xaricdən idxal olunan meyvə və tərəvəzlərin üzərində etiket yer almalıdır. Əgər yoxdursa, çox güman ki, onları çıxarıblar, ya da daha aşağı keyfiyyətli üsullarla yetişdirilib. Məhsulun sizə faydalı olmasını istəyirsinizsə, yerli meyvələrə üstünlük verin və unutmayın ki, bütün meyvələr mövsümündə yeyilsə yaxşıdır.

xezerxeber.az

Davam edin

+ KƏND TƏSƏRRÜFATI

Moneta.az saytında vakansiyanı necə yerləşdirə bilərəm?

Moneta.az saytında vakansiya yerləşdirmək üçün vakansiya haqqında məlumatları vacancy@moneta.az email ünvanına göndərə bilərsiniz

SON VAKANSİYALAR

Mühasib – Metak

Moneta.az 28 Fevral 2017

Hostess – Restoran

Moneta.az 26 Fevral 2017

Qabyuyan (xanım) – Restoran

Moneta.az 26 Fevral 2017

Help Desk – Altes Group

Moneta.az 23 Fevral 2017
Yuxarı