Bizimlə əlaqə saxlayın

Koreyanın ABŞ-la bağladığı saziş kimi Azərbaycanla da azad ticarət barəsində saziş lazım olacaq

İNVESTİSİYA

Koreyanın ABŞ-la bağladığı saziş kimi Azərbaycanla da azad ticarət barəsində saziş lazım olacaq

Koreya şirkətləri Azərbaycan ərazisində yeni zavodlar aça bilər.

Moneta.az xəbər verir ki, bunu Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-Qyu (Kim Chang-Gyu) “Caspian Energy International Media Group”un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi “Caspian Energy”nin nümayəndə heyəti ilə görüşdə bildirib.

Görüş zamanı “Caspian European Club” (Caspian Business Club) və “Caspian Energy International Media Group” çərçivəsində Azərbaycan-Koreya informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatları qiymətləndirən səfir qeyd edib ki, ölkənin güclü iqtisadiyyatı üçün diversifikasiya vacibdir: “Koreya sənayenin bütün sahələrinin güclü inkişaf etdiyi dövlətdir. Neft-kimya sənayesi, istehsalat, yüksək texnologiya sahəsi, İKT, tibbi xidmət bizdə çox yaxşı inkişaf edib. Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyası və təkmilləşdirilməsi üzərində işlədiyi bir vaxtda öz təcrübəmiz və texnologiyalarımızı bölüşməyə hazırıq”.

Onun sözlərinə görə, Azərbaycanda təmsil olunan bir çox Koreya şirkətlərinin burada ofisi olsa da, istehsalatı yoxdur: “Azərbaycanda avtomobil və mobil telefon bazarı böyük olmadığından Koreya şirkətləri üçün burada istehsalatla məşğul olmaq bir o qədər də asan deyil. Lakin Gürcüstan, həmçinin Rusiyanın cənubu və Mərkəzi Asiyanın qərbi də daxil olmaqla Qafqaz bazarını ümumi şəkildə götürsək, zənnimcə, burada nəhəng istehsal qüvvəsi yaratmaq olar”.

O qeyd edib ki, istənilən halda “Samsung” və “Hyundai” burada zavod açmaqda tərəddüd edəcək. Səfirin fikrincə, Koreya investisiyasının Azərbaycana gəlməsi üçün Azərbaycan hökuməti vergi, gömrük rəsmiləşdirilməsi və inzibati prosedurlarda Koreya şirkətlərinə böyük stimul vəd etməlidir.

Səfirin sözlərinə görə, Koreya şirkətləri Azərbaycanda öz fəaliyyətini genişləndirməkdə böyük imkanlar əldə etsinlər deyə, Koreyanın ABŞ-la bağladığı saziş kimi azad ticarət barədə razılaşma lazım olacaq.

Onun sözlərinə görə, hökumət islahatlar həyata keçirməyə başladığı vaxtdan Azərbaycanda işgüzar mühit yaxşılaşıb: “Buna baxmayaraq, hələ görüləsi işlər var. Mən Azərbaycan hökumətinin ölkədəki işgüzar mühiti yaxşılaşdırmaq istiamətində gördüyü işləri yüksək qiymətləndirirəm. Hökumət bu sahədə kifayət qədər uğurla çalışır. Nəticədə, ölkəyə müəyyən həcmdə xarici investisiyanın daxil olması təmin edilib. Əminəm ki, islahatlar davam edəcəyi təqdirdə bir çox xarici şirkətlər Azərbaycana investisiya qoyacaq”.

Enerji əməkdaşlığından bəhs edərkən səfir qeyd edib ki, Koreya sənayesinin neft-kimya sahəsində rəqabətə davamlılığı yüksək olduğu üçün bu sahəyə diqqət yetirilməlidir: “Biz öz ölkəmizdə neft və ya qaz çıxarmırıq, lakin xeyli miqdarda neft-kimya məhsulu istehsal edib xarici ölkələrə ixrac edirik. Neft-kimya məhsulları ölkəmizin ixracında həqiqətən birinci yeri tutur. Ölkələrimiz bu sahədə əməkdaşlıq edə bilərlər”.

Hazırda Koreya şirkəti Sumqayıtda mineral gübrə istehsalatı (Karbamid Zavodu) üzrə zavod inşa edir: “Zavodlarımız üçün daha aşağı qiymət və daha yüksək keyfiyyət təmin edə bilərik. Koreya şirkətləri Azərbaycanda neft-kimya zavodlarının yaradılması üzrə əməkdaşlıq etməyə hazırdır”.

Onun sözlərinə görə, Koreya İKT sahəsində öz təcrübəsini və texnologiyalarını fəal şəkildə başqa dövlətlərlə paylaşır. O, xüsusilə qeyd edib ki, Azərbaycan İKT üzrə əməkdaşlıq sahəsində olduqca mühüm dövlətdir. Səfir bildirib ki, gələn il iki dövlət arasındakı diplomatik münasibətlərin yaradılmasının 25 illiyi ilə əlaqədar Azərbaycana Koreyanın çoxsaylı nümayəndə heyətinin səfəri və birgə mədəni, siyasi, elmi və iqtisadi tədbirlərin keçirilməsi planlaşdırılır.

K.Çanq-Qyu həmçinin söyləyib ki, hazırda iki ölkə arasında birbaşa aviareysin açılması ilə bağlı AZAL-la danışıqlar aparılır: “Biz iki variant təklif edirik. Birinci variant Bişkəkdən birbaşa reysdir. Bildiyiniz kimi, Bişkək buradan Seul istiqamətində birbaşa xətt üzərində yerləşir. İkinci variant isə Monqolustandan, Ulan-Batordan keçən reysdir”.

Report

Davam edin

+ İNVESTİSİYA

Moneta.az saytında vakansiyanı necə yerləşdirə bilərəm?

Moneta.az saytında vakansiya yerləşdirmək üçün vakansiya haqqında məlumatları vacancy@moneta.az email ünvanına göndərə bilərsiniz

SON VAKANSİYALAR

Mühasib – Metak

Moneta.az 28 Fevral 2017

Hostess – Restoran

Moneta.az 26 Fevral 2017

Qabyuyan (xanım) – Restoran

Moneta.az 26 Fevral 2017

Help Desk – Altes Group

Moneta.az 23 Fevral 2017
Yuxarı