Bizimlə əlaqə saxlayın

Qubada 20 sm hündürlükdə qar yağıb

HAVA

Qubada 20 sm hündürlükdə qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 5-i gündüzdən dekabrın 6-sı səhər saatlarınadək müşahidə olunan faktiki hava ilə bağlı məlumat yayıb.

Departamentdən Moneta.az-a bildirilib ki, bu müddətdə ölkədə hava şəraiti qeyri-sabit keçib, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Bakıda və Abşeron yarımadasında  güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-6, Böyük Qafqazda 2-31, Kiçik Qafqazda 5-19, Lənkəran-Astara zonasında 1-10, Qazax-Gəncə zonasında 1-2, Mərkəzi Aran rayonlarında  1-9, Naxçıvan MR-da 1-4 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Qubada 20, Qubanın dağlıq ərazilərində 2-20, Xınalıqda 13, Daşkəsən, Göygöl, Altıağacda 10, Sarıbaşda 8, İsmayıllıda 7, Şahbuzda 5, Qəbələdə 4, Lerik, Rvarud, Ordubadda 3,  Şamaxıda 2, Ağdərə, Mərəzə,  Şabran,  Kişçayda 1 sm olub.

Davam edin

+ HAVA

Posting a job vacancy is easy and free

Send a job announcement via e-mail to vacancy@moneta.az

We will help you to find the right candidate

SON VAKANSİYALAR

Yuxarı