Bizimlə əlaqə saxlayın

Azərbaycanda dizel mühərrikləri üçün yağ növləri yaradılıb

NEFT-KİMYA

Azərbaycanda dizel mühərrikləri üçün yağ növləri yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun rəhbərliyi AMEA Təcrübə-Sənaye Zavodunda olub.

İnstitutdan verilən məlumata görə, AMEA-nın alimləri zavod mühəndislərinin iştirakı ilə respublikanın sürtkü materiallarına olan tələbatının ödənilməsi mövzusunda müzakirə aparıblar.

Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, son illərdə respublikamızın müxtəlif növ sürtkü yağlarına olan tələbatını ödəmək məqsədilə Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılmış aşqarlar əsasında müxtəlif təyinatlı dizel mühərrikləri üçün bir sıra motor yağları, müxtəlif növ nəqliyyat vasitələri üçün isə transmissiya yağları yaradılıb, istehsalı sənaye və təcrübi-sənaye miqyasında təşkil edilib.

Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasov isə AMEA rəhbərliyinin təşəbbüsü ilə zavodda müasir standartlara uyğun sürtkü materiallarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriyaların yaradıldığını bildirib.

APA

Davam edin

+ NEFT-KİMYA

Posting a job vacancy is easy and free

Send a job announcement via e-mail to vacancy@moneta.az

We will help you to find the right candidate

SON VAKANSİYALAR

Yuxarı