Bizimlə əlaqə saxlayın

Özəlləşdirilmənin dayandırılması Yunanıstanda gələcək investisiyalara təsir etməyəcək

İNVESTİSİYA

Özəlləşdirilmənin dayandırılması Yunanıstanda gələcək investisiyalara təsir etməyəcək

SOCAR DESFA-nın özəlləşdirilməsi barədə tenderə xitam verilməsi ilə bağlı məlumat yayıb.

Dövlət Neft Şirkətindən Moneta.az-a verilən məlumata görə, dekabrın 1-də SOCAR, Yunanıstan Respublikasının Özəlləşdirmə Fondu və “Hellenic Petroleum S.A.” şirkəti DESFA-nın özəlləşdirilməsi layihəsinə xitam verilməsi ilə bağlı mətbuat açıqlaması veriblər.

Açıqlamada deyilir: “SOCAR, Yunanıstan Respublikasının Özəlləşdirmə Fondu və “Hellenic Petroleum S.A.” şirkəti Yunanıstanın Dövlət Təbii Qaz Sistemi Operatoru olan DESFA-nın 66%-nin özəlləşdirilməsi müddətini uzatmamağı qərara alıblar. 2013-cü il iyunun 21-də Yunanıstan Respublikasının Özəlləşdirmə Fondu SOCAR-ı DESFA-nın özəlləşdirilməsi üzrə keçirilən tenderin qalibi elan edib. Son iki ildə SOCAR Yunanıstan və Avropa İttifaqı tənzimləyici orqanlarından özəlləşdirmənin təsdiqi, müvafiq tələblərin yerinə yetirilməsi, o cümlədən DESFA-da iştirak etmək üçün potensial alıcıların dəvət olunması istiqamətində işlər aparıb.

SOCAR, SNAM və Satıcılar DESFA-nın maliyyə vəziyyətinə və bazar dəyərinə təsir edən Yunanıstanın qanunvericiliyinə son dəyişikliklər fonunda qarşılıqlı məqbul olan həllin tapılması ilə bağlı son bir neçə ayda intensiv danışıqlar aparıblar. Danışıqlar dostluq şəraitində keçib, Yunanıstan hökuməti və Satıcılar hər zaman razılamaya münasibətdə dəstəkləyici və əməkdaşlıq mövqeyi tutublar. Lakin tərəflər investorların və satıcıların maraqlarına cavab verən qarşılıqlı məqbul kommersiya mexanizmi üzrə razılığa gələ bilməyiblər. Nəticədə 2016-cı il noyabrın 30-da razılaşmaya xitam verilib”.

SOCAR razılaşmanın dayandırılmasının Yunanıstanda və regionda gələcək investisiyalarına təsir etməyəcəyi qənaətindədir.

Davam edin

+ İNVESTİSİYA

Want free job posting?

To post a Job Announcement, send it via e-mail to vacancy@moneta.az

Latest

Yuxarı