Bizimlə əlaqə saxlayın

Azərbaycanda dövlət xəstəxanaları özəlləşdiriləcək

TİBB

Azərbaycanda dövlət xəstəxanaları özəlləşdiriləcək

Azərbaycanda 11 dövlət səhiyyə müəssisəsinin özəlləşdirilməsi nəzərdə tutulub.

Bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Onun sözlərinə görə, bunlar əsasən təsərrüfat hesablı müəssisələrdir:

“11 müəssisə artıq müvafiq siyahıya daxil edilib. Bunların da özəlləşdirilməsi labüddür. Ancaq gələcəkdə özəlləşdiriləcək müəssisələrin profilinin müəyyən müddətə dəyişdirilməməsi də gündəmdə olan məsələlərdəndir”.

Nazir müavini bildirib ki, özəlləşdiriləcək səhiyyə müəssisələri sırasında Mərkəzi Neftçilər Xəstəxanası, Dənizçilər Xəstəxanası və Dəmiryolu Xəstəxanası da var.

+ TİBB

Facebook Səhifəmizi Bəyənin

GÜNÜN ƏN ÇOX OXUNANLARI

Yuxarı