Bizimlə əlaqə saxlayın

Vüqar Bayramov: “Hesabat ilini mənfəətlə başa vuran kiçik bankların hesabatları yoxlanılmalıdır”

AUDİT

Vüqar Bayramov: “Hesabat ilini mənfəətlə başa vuran kiçik bankların hesabatları yoxlanılmalıdır”

Maliyyə hesabatlarında mənfəət əldə etdiyini göstərən kiçik bankların hesabatlarının yoxlanılmasına ehtiyac var.

Bunu Moneta.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası həmin rəqəmlərin real olub olmadığını yoxlamalıdır.

“Bizim monitorinqlər və qiymətləndirmələr göstərir ki, bu gün kommersiya bankları ili zərərlə başa vurur. Hətta bu gün ölkənin ən iri bankları belə hesabat dövrünü zərərlə başa vurursa, kiçik bankların mənfəətlə işləməsi kifayət qədər təəccüblüdür. Birmənalı şəkildə həmin hesabatların araşdırılması və onların reallığı nə dərəcədə əks etdirməsi vacibdir”, – deyə V. Bayramov bildirib.

APA

+ AUDİT

Facebook Səhifəmizi Bəyənin

GÜNÜN ƏN ÇOX OXUNANLARI

Yuxarı