Connect with us

“Azercell” tarifləri dəyişəcək? – Şirkət rəhbərindən cavab

RABİTƏ

“Azercell” tarifləri dəyişəcək? – Şirkət rəhbərindən cavab

“Azercell” mobil operatoru hazırda xidmətlərə görə tariflərin dəyişdirilməsi barədə məsələyə baxmır.

Moneta.az xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Şirkət rəhbəri qeyd edib: “Tariflərin dəyişdirilməsi barədə gündəlikdə məsələ yoxdur. Yalnız ciddi devalvasiya, iqtisadi vəziyyətin kəskin dəyişməsi və ya şirkətin maraqlarına ziyan vura biləcək bir hal yaranarsa, biz bu məsələyə baxmağa məcbur olacağıq. Lakin bu gün bu məsələ real deyil”.

V.Mürsəliyev əlavə edib ki, hətta tariflərdə dəyişiklik etmək məcburiyyətində qalsalar belə, abonentlərin büdcəsinə ciddi ziyan vurulmamasına calışılacaq.

Trend

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Yuxarı