Bizimlə əlaqə saxlayın

Bundan sonra tikinti ərazisində ağaclar kəsilməyəcək – Qanuna dəyişiklik

EKOLOGİYA

Bundan sonra tikinti ərazisində ağaclar kəsilməyəcək – Qanuna dəyişiklik

Azərbaycanda bütün yaşayış və qeyri-yaşayış tikintilərinin aparılması ilə bağlı şərtlər və qaydalara dəyişiklik edilib.

Moneta.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olunub.

Məcəllənin 68-ci (Tikinti fəaliyyətinin ətraf mühitin mühafizəsi tələblərinə uyğun həyata keçirilməsi) maddəsinə təklif olunan əlavəyə görə, tikinti işləri ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğun həyata keçirilməlidir. Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məcəllənin 85-ci (Tikinti meydançası) maddəsinə təklif olunan əlavəyə görə isə tikintiyə icazədə tikinti ərazisində olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır. Tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumatlar tikinti layihəsinin ekologiya bölməsinə daxil edilir.

Layihə səsə qoyularaq qəbul olunub.

Davam edin

+ EKOLOGİYA

Posting a job vacancy is easy and free

Send a job announcement via e-mail to vacancy@moneta.az

We will help you to find the right candidate

SON VAKANSİYALAR

Yuxarı