Bizimlə əlaqə saxlayın

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

HAVA

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Noyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Moneta.az-a verilən xəbərə görə, bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-13° isti, gündüz 15-19° isti, Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gğzlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı proqnozlaşdırılır.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 11-12- də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq. Noyabrın 13-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Davam edin

+ HAVA

  • HAVA

    Mart ayına olan hava proqnozu açıqlandı

    Moneta.az

    Mart ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata...

  • HAVA

    Havanın temperaturu aşağı düşəcək

    Moneta.az

    Fevralın 27-də Azərbaycanda havanın temperaturu aşağı düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən...

  • HAVA

    Bakının bəzi yollarında sürət həddi azaldılıb

    Moneta.az

    “Hazırda paytaxtda müşahidə edilən qarlı hava şəraiti ilə bağlı olaraq yolun hərəkət hissəsi sürüşkən olduğundan, hərəkətin təhlükəsizliyini...

Want free job posting?

To post a Job Announcement, send it via e-mail to vacancy@moneta.az

Latest

Yuxarı