Bizimlə əlaqə saxlayın

Ekstremal stress altında olarkən bədəninizdə baş verənlər

SAĞLAMLIQ

Ekstremal stress altında olarkən bədəninizdə baş verənlər

Yaş artdıqca stress artır və bununla bərabər sağlamlıqla bağlı problemlər də yaranmağa başlayır. Zaman keçdikcə stresslə mübarizə aparmaq çətinləşir.

Kiçik problemlər digərlərinin üzərinə yığılan zaman stressə yol aça bilər. Bəzi günlərdə stress o qədər böyük olur ki, artıq gününüzün əsas hissəsinə çevrilir.

Bu səbəbdən dolayı, stress bədəninizin üzərində düşündüyünüzdən də artıq böyük təsirə malikdir.

Ekstremal stress altında olarkən bədəninizdə aşağıdakı hallar baş verir:

1. Aşağı Enerji Səviyyəsi

Bədəniniz ekstremal stress altında ikən daha az yatırsınız. Çünki, beyninizdə düşüncələr gecə boyu sizi narahat edir və növbəti günün səhəri özünüzü yorğun hiss edirsiniz.

Bunların hamısı nəticədə gün ərzində aşağı enerji səviyyəsi ilə müşahidə olunur. Belə bir yorğunluğu içəcəyiniz kofelər belə xilas etməyəcək.

2. İştahın pozulması

İnsanların düşündüklərinin əksinə olaraq, stress altında olarkən iştahanız pozulur.

Yeni bir elmi araşdırma nəticəsində məlum olub ki, stressli insanlar yemək yeməkdən daha çox az yeməklə kifayətlənirlər. İştahın azalması isə sonda çəki itirməyə səbəb olur, buna görə də stressli vaxtlarda bədəninizə xüsusi ilə diqqət yetirin.

3. İmmun sisteminin azalması

Stressli olan zaman immun sistemi zəifləyir və mütəmadi olaraq soyuqdəymənin qurbanı olursunuz. Xronik stress yaşayan insanlar orta statistik insandan fərqli olaraq daha çox xəstələnir və ağ qan hüceyrələrinin sayı azalır.

4. Zərərli maddələrə aludəçilik

Ekstremal stress uzun müddətli həblər və ya alkoqol aludəçiliyinə aparıb çıxarır. Stressi azaltmaq üçün içilən alkoqollu içki sonradan asılılıq yaradaraq stress olan zaman alkoqola üz tutmağa səbəb olur.

5. Depressiya

Əgər sizdə ekstremal stresslə bağlı simptomlar varsa və onu görə bilmirsinizsə, o zaman ruhi xəstəliklərlə bağlı risk altına düşə bilərsiniz.

Stresslə bağlı simptomları vaxtında görmək onunla mübarizə aparmaq üçün ilkin addımlardır.

Sonda isə, müəyyən səviyyədə olan stress hər birimizin gündəlik həyatının bir hissəsidir və bir balaca dincəlmək bizim çox köməyimizə gələ bilər.

Davam edin

+ SAĞLAMLIQ

Posting a job vacancy is easy and free

Send a job announcement via e-mail to vacancy@moneta.az

We will help you to find the right candidate

SON VAKANSİYALAR

Yuxarı