Bizimlə əlaqə saxlayın

Azərbaycana məxsus şirkətin istehsal həcmi dünyada 20 ölkənin ÜDM-dən çoxdur

NEFT-KİMYA

Azərbaycana məxsus şirkətin istehsal həcmi dünyada 20 ölkənin ÜDM-dən çoxdur

“Petkim”in istehsal həcmi dünyada 20 ölkənin ümumdaxili məhsulundan (ÜDM) çoxdur”. 

Moneta.az xəbər verir ki, bunu “Petkim”in baş direktoru Anar Məmmədov Türkiyədə keçirilən “Dizayn və İnnovasiya Sammiti”ndə (Design&Innovation Summit) çıxışında bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun ərazisi dünyanın bir sıra dövlətlərinin ərazisindən böyükdür:

“Əgər biz “Petkim”i ölkə kimi götürsək, onun ərazisi 12 ölkənin ərazisindən böyükdür. Biz 50-dən artıq məhsul istehsal edirik və 2500-dən artıq müştəri ilə çalışırıq. Gündəlik elektrik istehlakımız 1 mln. ABŞ dolları civarındadır. Hər gün biz 19 min ton su istehlak edirik. Hər il 3 mln. tondan çox neft-kimya məhsulları istehsal edirik və 500 dən artıq gəmi ilə idxal-ixrac əməliyyatları həyata keçiririk”.

Report

Davam edin

+ NEFT-KİMYA

Want free job posting?

To post a Job Announcement, send it via e-mail to vacancy@moneta.az

Latest

Yuxarı