Bizimlə əlaqə saxlayın

Azərbaycanın Qırğızıstandakı səfirliyində yoxlama aparılıb

AUDİT

Azərbaycanın Qırğızıstandakı səfirliyində yoxlama aparılıb

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Moneta-azın məlumatına görə, Kollegiya iclasında “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Nəqliyyat və rabitə” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və təyinatı üzrə icrasına, Qırğız Respublikasındakı səfirliyin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış işlərinə yönəldilmiş vəsaitlərin istifadəsinə  və Zaqatala  Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına  dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib. Kollegiyada Hesablama Palatasının 2016-cı il iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar təsdiq olunub.

Davam edin

+ AUDİT

Posting a job vacancy is easy and free

Send a job announcement via e-mail to vacancy@moneta.az

We will help you to find the right candidate

SON VAKANSİYALAR

Yuxarı