Bizimlə əlaqə saxlayın

Azercell-dən iPhone 7! Hədsiz internetlə, ilkin ödənişsiz

RABİTƏ

Azercell-dən iPhone 7! Hədsiz internetlə, ilkin ödənişsiz

iPhone 7 və iPhone 7 Plus cihazlarıını Azərbaycanda rəsmi təqdim edən mobil operator Azercell Telekom MMC müştərilərinə yeni sərfəli təklifini elan edir.

Şirkətdən Moneta.az-a verilən məlumata görə, güzəştli şərtlərlə iPhone 7 telefonuna sahib olmaq üçün abunəçilər ayda cəmi 89 AZN ödəməklə ən müasir smartfon cihazı və 30GB həcmində Hədsiz İnternet paketini əldə edəcəklər. 28 oktyabr – 4 noyabr tarixləri ərzində sifarişlərini öncədən həyata keçirən abunəçilər isə ilk ay üçün ödəniləcək məbləğə 50% endirim qazanacaqlar.

Öncədən sifariş kampaniyasına qoşulmaq üçün abunəçilər 28 oktyabr – 4 noyabr tarixləri ərzində Azercell-in rəsmi veb səhifəsindən (www.azercell.com) sifarişi qeyd etməli, 4-6 noyabr tarixlərində isə Azercell-in Z.Tağıyev 18, B.Bağırova 2, 28 May 33A ünvanlarında yerləşən Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar. Onu da bildirək ki, telefonların sayı məhduddur.

iPhone 7 və iPhone 7 Plus mobil telefonları iPhone-nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi, ən uzun ömürlü batereyaya və suya/toza davamlılığı ilə seçilir.

Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Davam edin

+ RABİTƏ

Posting a job vacancy is easy and free

Send a job announcement via e-mail to vacancy@moneta.az

We will help you to find the right candidate

SON VAKANSİYALAR

Yuxarı