Bizimlə əlaqə saxlayın

“Çudo Peçka” da getdi

QİDA

“Çudo Peçka” da getdi

“Çudo Peçka” mağazalar şəbəkəsi müflis olub. Şirkət işçilərin əməkhaqqını və mağazaların aylıq kirayə pulunu ödəməkdə çətinlik çəkir. Şirkətə məxsus cəmi 4 mağaza qalıb, yaxın günlərdə Xətai rayonu, Əhmədli qəsəbəsindəki mağazanın da bağlanacağı gözlənilir.

Moneta.az xəbər verir ki, bu barədə virtualaz.org saytına şirkətin əməkdaşları məlumat veriblər. Şirkətin metronun “Əhmədli” stansiyasının yaxınlığındakı mağazasında vitrinlər boşaldılıb. “Mağazada işçilər arasında ixtisarlar aparılmışdı. Amma yenə də mağazanı saxlaya bilmirlər. Yalnız burada bişirilən məhsulları satışa çıxarmışıq, amma alıcılar çox azdır”, – mağaza satıcıları deyiblər.

Yayılan məlumatlarda şirkətin 26 milyon manatdan çox borcu yarandığı, yenidən məhkəməyə verildiyi də yer alıb.

2001-ci ildə Azərbaycan prospektində açılan mağaza ilə fəaliyyətə başlayan “Çudo Peçka”nun şəhərin mərkəzində və qəsəbələrində 14 mağaza-kafesi olub. Sonradan mağazalar şəbəkəsi şirkətin qurucusu, iş adamı Çingiz Cəlilovdan alınıb. Lakin məhkəmənin qərarı ilə şirkət yenidən iş adamına qaytarılıb.

Xatırladaq ki, mətbuatda Ç.Cəlilovun “Bank Standart”dan 2.5 milyon dollar kredit götürdüyü, krediti vaxtında ödəmədiyi üçün dəfələrlə cərimə olunduğu yazılmışdı.

Davam edin

+ QİDA

Posting a job vacancy is easy and free

Send a job announcement via e-mail to vacancy@moneta.az

We will help you to find the right candidate

SON VAKANSİYALAR

Yuxarı