Bizimlə əlaqə saxlayın

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb

MƏZƏNNƏ

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Moneta.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 25-i ilə müqayisədə 0,5% bahalaşaraq 1,6291 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,56% möhkəmlənərək 1,7737 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 25-i ilə  müqayisədə 0,4% bahalaşaraq 0,0262 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi isə 0,76% möhkəmlənərək 0,5300 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9815 manatdır. Beləliklə, funt sterlinq 0,04%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,35% ucuzlaşaraq 0,6802 manat təşkil edib

Davam edin

+ MƏZƏNNƏ

Want free job posting?

To post a Job Announcement, send it via e-mail to vacancy@moneta.az

Latest

Yuxarı