Connect with us

Moneta.az

Azərbaycan İpoteka Fondu depozitə görə faiz borcunu tam ala bilməyib

KREDİT

Azərbaycan İpoteka Fondu depozitə görə faiz borcunu tam ala bilməyib

“Azərbaycan İpoteka Fondu” ASC (AİF) tərəfindən ipoteka kreditlərinə yönəlməyən vəsaitin bir hissəsi müddətsiz formada banklarda 4-5%-lə depozitə yerləşdirilib. 

Bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində qeyd edilib. Nəzarət tədbiri 2015-2016-cı illəri əhatə edir.

Sənəddə bildirilib ki, 1 yanvar 2015-ci il tarixə depozitə müddətsiz yerləşdirilmiş vəsaitin qalığı 40 mln. manat təşkil edib, 2015-ci ildə 9,5 mln. manat məbləğdə vəsait depozitə qoyulub, 19,8 mln. manat məbləğdə banklar tərəfdən ödəniş aparılıb, 1 yanvar 2016-cı il tarixə depozitə yerləşdirilmiş vəsaitin qalığı 29,7 mln. manat təşkil edib. 2016-cı ildə 38 mln. manat məbləğdə vəsait depozitə qoyulub, 29,2 mln. manat məbləğdə banklar tərəfindən ödəniş aparılıb, 1 yanvar 2017-ci il tarixə depozitə yerləşdirilmiş vəsaitin qalığı 38,5 mln. manat təşkil edib.

“Ölkənin maliyyə bazarlarında banklara müddətsiz (tələb olunanadək) depozitə vəsait qoyuluşu həyata keçirilərkən gəlirlilik faiz dərəcələri müddətli depozitin faiz dərəcələrinə nisbətən aşağı formalaşıb. Lakin maliyyə planlaşdırılması apararaq, risklər nəzərə alınmaqla həmin vəsaitin müvafiq bazar şərtlərinə uyğun daha yüksək faizlə depozitə müddətli yerləşdirməklə AİF gəlirlərini artırmış olardı”, – deyə bülletendə vurğulanıb.

ASC-nin məlumatlarına əsasən, vəsaitlərin banklarda orta bazar faiz dərəcələrindən nisbətən aşağı faizlərlə müddətsiz yerləşdirilməsinin əsas səbəbi öhdəliklərin vaxtında qarşılanması, yəni öhdəlik üzrə zəruri ehtiyac yarandığı halda vəsaitlərin bankdan dərhal çıxarılması imkanının olması və qeyd edilən risklərin təmin olunmasına nail olmaqdır.

“Son dövrdə, bir tərəfdən ölkənin bank sistemində likvidlik səviyyəsinin məqbul səviyyədə qorunması və onun səmərəli idarə olunması, bir sıra bankların konsolidasiyası, bu sahədə aparılan köklü islahatlar, qeyri-neft sektorunun inkişafı və sahibkarlığın dəstəklənməsi üzrə qəbul olunmuş qərarlar və digər tədbirlərlə yanaşı, digər tərəfdən bəzi bankların müflis olması, lisenziyaların geri alınması, dövlət vəsaitlərinin təminatlı şəkildə depozitlərə yerləşdirilməsi və bununla bağlı bankların öhdəliklərinin yerinə yetirilməsi risklərinin əhəmiyyətli dərəcədə artması müşahidə olunur. Bu problemlə AİF də qarşılaşıb və bankda depozitə yerləşdirdiyi vəsait üzrə əsas borcu geri qaytara bilsə də müvafiq faiz borcunun tam alınmasını təmin edə bilməyib”, – deyə sənəddə qeyd edilib/apa

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

TOP 5

Yuxarı