Connect with us

Moneta.az

“Apple”ın dəyəri niyə aşağıdır?

ŞİRKƏTLƏR

“Apple”ın dəyəri niyə aşağıdır?

“Apple”in səhmi digər meqa texnologiya şirkətləri “Alphabet” (Google-un ana şirkəti) və “Microsoft”un səhmlərinə nəzərən aşağı qiymətə ticarət olunur. Səbəb kimi isə, “Apple”ın eyni inkişaf sürətini saxlaya bilməyəcəyi ilə bağlı investorlar arasında olan narahatlıqdır. 

Əgər “Apple” səhmləri S&P 500 kimi eyni metodla qiymətləndirilsə, səhmini gəlirlərindən 19 dəfə artıq qiymətə ticarət edə bilər. Belə bir qiymətləndirmə ilə “Apple”ın mövcud bazar dəyəri (825 milyard dollar) 256 milyard dollar arta və bir səhmin qiyməti 31% artaraq 210 dollara ticarət oluna bilər.

“Apple” səhmi 2018-ci il fiskal ili üçün proqnozlaşdırılmış 11.02 dollarlıq gəlirdən 14.5 dəfə artıq qiymətə ticarət olunur. Proqnoza əsasən, “Apple”ın gəliri 2018-ci ildə 15% artaraq 263.45 milyard dollar olması gözlənilir və bu da qiymət/satış nisbətinin (price-to-sales ratio) təxminən 3-ə bərabər olması deməkdir.

İnkişafa nizamlanaraq demək olar ki, “Apple” səhmləri forvard gəlirlərinin cəmi 0.63-nə ticarət olunur. Əgər “Apple” növbəti ilin gəlirindən 19 dəfə artıq ticarət olunsa belə inkişafına nəzərən diskount, lakin S&P 500 ilə eyni səviyyədə olacaq. Səhmləri 210 dollara ticarət olunaraq, “Apple”ın bazar dəyəri 1 trilyon dolları ötərdi.

AAPL Chart

“Microsoft”un qazancının aşağı düşəcəyi proqnozlaşdırılır

2018-ci fiskal ili üçün “Microsoft”un gəlirləri 8% artaraq 104.75 milyard dollar olacağı gözlənilir, lakin qazancı 3% azalaraq bir səhmə 3.21 dollar düşəcək. Proqram təminatı şirkəti 2018 qazanc proqnozlarından 24 dəfə artıq ticarət olunur. Digər tərəfdən qiymət/satış nisbəti (price-to-sales ratio) 5.7-dir və “Apple”ın qiymət/satış nisbətindən çoxdur.

“Alphabet” inkişafa nizamlanan zaman daha bahadır

“Alphabet”in bazar dəyəri 700 milyard dollardır. 2018-ci il üçün gəlir proqnozu 17%-dir. Hər səhmə düşən gəlir (EPS) üzrə növbəti ilə proqnoz 31% və qiymət/satış nisbəti 6.5-dir. Bu da bir illik forvard qiymətinin inkişafa olan dərəcəsi 0.80-dir. “Apple” yenə də inkişafa və gəlirə uyğun nizamlanan zaman “Alphabet”dən dəyəri aşağıdır.

Marjaya görə də üstünlük “Apple”dadır

“Apple”ın əməliyyat marjası da həmçinin 12 aylıq dövrdə “Alphabet” və “Microsoft”dan çoxdur.

AAPL Operating Margin (TTM) Chart

Yuxarıdakı qrafikdən də göründüyü kimi “Apple” digər iki meqa texnologiya şirkətləri ilə müqayisədə ədalətsiz diskount əldə edir. Əgər “Apple” lazımı dəyərləndirmə alsaydı, onun səhmləri daha yuxarı ticarət olunaraq bazar dəyəri 825 milyard dollardan 1 trilyon dollara qədər qalxa bilərdi.

“Apple” səhmləri reallıq ilə qavrayış arasında mübarizədədir. Qavrayış budur ki, “Apple” gəlirini artırmaqda davam edə bilməyəcək və qazancları yüksək dərəcədə olması, bazar onun dəyərini diskount edir. Buna baxmayaraq, “Apple” reallıqda inkişafı yüksələn xəttlə gedir və “Alphabet” və “Microsoft” kimi nəhənglərdən həm mütləq, həm də inkişafa nizamlanmış şərtlərlər daha ucuz başa gəlir.

“Apple” ardıcıl olaraq nəticələr verməyi bacarıb. Şirkət daha yüksək dəyərə layiqdir.

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

TOP 5

Yuxarı