Connect with us

Moneta.az

Abxaziya “normal pulu” ləğv edərək özünün yaradacağı kriptovalyutadan istifadə edəcək

KRİPTOVALYUTA

Abxaziya “normal pulu” ləğv edərək özünün yaradacağı kriptovalyutadan istifadə edəcək

Abxaziya da özünün kriptovalyutasını buraxmağı planlaşdırır və “bir neçə ildə normal pulu ləğv edə bilər”.

Vaxtı ilə Sovet Gürcüstanın tərkib hissəsi olmuş Abxaziya 1990-cı illərdə müharibə apararaq Rusiyanın dəstəyi ilə müstəqillik qazanıb, lakin beynəlxalq ictimaiyyət tərəfindən müstəqilliyi tanınmır.

Moneta.az coindesk-ə istinadən xəbər verir ki, ötən həftə Moskvada keçirilən konfransda Abxaziyanın iqtisadiyyat naziri Adqur Ardzinba Rusiyanın davamlı dəstəyi və Blockchain texnologiyasının köməkliyi ilə ambisiyalı planlarını açıqlayıb.

Rusiyanın maliyyə dəstəyindən asılı olan Abxaziya rəqəmsal valyutadan istifadə edərək investisiya cəlb etməyi planlaşdırır və investorlara şəffaf maliyyə əməliyyatları təklif edəcək.

Belə bir ekosistemin yaradılması xərci isə 1 milyard dollar dəyərindədir.

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

TOP 5

Yuxarı