Connect with us

Moneta.az

Aylıq ziyarətçilərinin sayı 135,7 milyon nəfər olan ASOS-un mənfəəti 145% artdı

DÜNYA

Aylıq ziyarətçilərinin sayı 135,7 milyon nəfər olan ASOS-un mənfəəti 145% artdı

ASOS satışlarında 27% artım əldə etdiyini bəyan edib. 

Moneta.az onlayn pərakəndə satış şəbəkəsinin 2016-2017-ci il üçün açıqladığı maliyyə hesabatlarına istinadən xəbər verir ki, ASOS-un gəliri 27% artaraq avqustun 31-nə 1.9 milyard funt sterlinq olmuşdur. Böyük Britaniyada olan satışları isə 16% artaraq 698.2 milyon funt sterlinq olmuşdur.

Vergidən öncəki mənfəəti 145% artaraq 80 milyon funt sterlinq olmuş və mənfəət marjası isə 48,6%-ə kimi inkişaf etmişdir.

ASOS əsasən gənclərə xidmət göstərir və öz brendi ilə bərabər Adidas və Polo Ralph Lauren kimi brendləri də satır. Satışlarının beşdə ikisi öz brendidir və şirkət hər həftə 5000 yeni məhsulunu təqdim edir. İstənilən zamanda şirkətin anbarında təxminən 85 000 məhsul olur.

ASOS 2018-ci ildə satışlarını 25-30% artırmağı planlaşdırır və şirkət növbəti ildə kapital xərclərə 200-220 milyon funt sterlinq ayırmağı düşünür.

ASOS-un avqust ayı ərzində 135.7 milyon ziyarətçisi olub və 15.4 milyon qlobal aktiv müştəriləri var.

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

TOP 5

Yuxarı