Connect with us

4 milyarderin ilk işi

İNSANLAR

4 milyarderin ilk işi

4 milyarderin ilk işi

Biz məşhur milyarderlərin bir çoxlarının adlarını bilir və sərvətlərini necə qazandıqlarından xəbərdarıq. Bəs, varlı və uğurlu insanlar haradan başlayıblar?

Bəzi milyarderlərin ilk işləri ilə tanış olun.

Maykl Blumberq

Sərvəti: 47.5 milyard dollar
İlk işi: avtomobil dayanacağında nəzarətçi

Maykl Blumberq investisiyalarına və siyasi karyerasına görə tanınır, lakin uğurlu karyera qurmamışdan öncə avtomobil dayanacağında nəzarətçi kimi çalışıb. Orta təbəqəli ailədən olan Blumberq tələbə olan zaman təhsil haqqını işləyərək ödəmiş və daha sonra Harvard Universitetindən MBA dərəcəsini əldə edib. O, “Wall Street”də Salamon investisiya bankında işləməyə başlayıb və hazırda ABŞ-ın ən varlı şəxslərindən biridir.


Bill Qeyts

Sərvəti: 86 milyard dollar
İlk işi: Proqramist
“Microsoft”un Bill Qeytsini kim tanımır? Harvard Universitetini yarımçıq buraxmış Bill Qeyts gənc yaşlarından texnologiyaya olan həvəsinə görə hələ məktəbdə oxuyan zaman kompüter proqramisti kimi çalışıb. ABŞ-ın ən varlı şəxsi olan Qeyts 2008-ci ildə “Mircrosoft”un gündəlik idarə etməsindən uzaqlaşaraq həyat yoldaşı Melinda ilə birlikdə diqqətini xeyriyyə işlərinə ayırıb. “Bill və Melinda Qeyts Xeyriyyə Fondu” təhsil səviyyəsinin artırılmasına, aclıqla mübarizəyə və peyvəndlərin inkişafına dəstək verir.


Stiv Cobs

Sərvəti: 10.2 milyard dollar (2011-ci ildə vəfat edən zaman)
İlk işi: HP-də yay işi

Stiv Cobs 2011-ci ildə vəfat edən zaman onun sərvətinin 10.2 milyard dollar olduğu bildirilir. “Apple”ın təsisçisi məktəbdə oxuyan zaman “HP”də işləməyə başlayıb və orada “Apple”ın gələcək həmtəsisçisi Stiv Vozniakla tanış olub. “Apple”ın uğurlarına baxmayaraq, Cobsun sərvətinin əsas hissəsi animasiya şirkəti olan “Pixar”dan gəlib. Həmin şirkəti “Disney”ə 7.4 milyard dollara satıb.


Ceff Bezos

Sərvəti: 72.8 milyard dollar
İlk işi: McDonald’s-da qril operatoru

O, “Amazon”u yaratmamışdan və kitab satmağa başlamamışdan öncə Cef Bezos McDonald’s-da burqer hazırlayırdı. Bezos fast food şəbəkəsində Mayamidə 16 yaşı olarkən çalışmağa başlamış və biznesində ən vacib dərsini bu təcrübədən qazandığını dəfələrlə qeyd etmişdir.

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Yuxarı