Connect with us

Moneta.az

Bu üç Azərbaycan gəncini tanımayan qalmasın

TEXNOLOGİYA

Bu üç Azərbaycan gəncini tanımayan qalmasın

Bu üç Azərbaycan gəncini tanımayan qalmasın

Avqust ayının əvvəlindən üç azərbaycanlı gənc – Rasim Əliyev, Teymur Bağırlı və Tural Qurbanov tərəfindən yaradılmış Raters mobil tətbiqetməsi iOS əməliyyat sistemində fəaliyyətə başlamışdır. Kinosevərlər üçün nəzərdə tutulmuş bu sosial şəbəkə dostlarınızın və kino zövqünə güvəndiyiniz digər şəxslərin rəylərinə əsasən maraqlı filmlər tapa biləcəyiniz bir yerdir. Raters’lə siz “Hansı filmə baxım?”, “Bu filmə baxmağa dəyərmi?”, “Bu film haqqında fikirlərimi kimlə bölüşüm?” tipli suallara cavab tapacaqsınız.

Raters’in IMDB, Kinopoisk, Rotten Tomatoes və digər kino platformalarından əsas fərqi dostlarınızın hansı filmlərə baxdığını bilmək və bu filmlər haqda rəylərini öyrənmək kimi sosial şəbəkə xüsusiyyətləridir. Raters’in fəlsəfəsi bir film haqqında dostlarınızın və kino zövqünüzün yaxın olduğu digər şəxslərin rəylərinin sizə on minlərlə tanımadığınız şəxslərin qiymətləndirməsindən daha uyğun olmasıdır.

Hal-hazırda, bu tətbiqetmədən yalnız iPhone və iPad istifadəçiləri yaralansa da, yaxın gələcəkdə Android və masaüstü kompyuter istifadəçilərinə də əl çatan olacaqdır.

Raters barədə ətarflı məlumat almaq və ya endirmək üçün www.ratersapp.com saytına daxil ola bilərsiniz.

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

TOP 5

Yuxarı