Connect with us

Moneta.az

E-hökumət portalının “Android” əlavəsində e-xidmətlərin sayı artırılıb

TEXNOLOGİYA

E-hökumət portalının “Android” əlavəsində e-xidmətlərin sayı artırılıb

E-hökumət portalının “Android” əlavəsində e-xidmətlərin sayı artırılıb

“Elektron hökumət” portalının “Android” mobil əlavəsindəki elektron xidmətlərin sayı artırılıb.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Nazirliyin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalının mobil tətbiqinin “Android” versiyası yenilənib. Bu mobil əlavə vasitəsilə bir çox elektron xidmətlər vətəndaşlara daha rahat və əlçatandır.

Belə ki, geniş istifadəçi auditoriyasına malik sözügedən mobil tətbiqin “Android” versiyasının “Elektron arayışlar” bölməsinə aşağıda adları çəkilən 5 elektron arayış əlavə olunub:

– İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış
– Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitələri haqqında elektron arayış
– Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış
– Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış
– Dənizçinin şəxsiyyət sənədi

Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial sığorta haqqında məlumat”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” elektron xidmətlərindən də “Android” mobil əməliyyat sisteminin istifadəçiləri artıq yararlana bilərlər.

Hazırda “Elektron hökumət” portalı mobil tətbiqinin “Android” versiyasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 2, Daxili İşlər Nazirliyinin 1, Səhiyyə Nazirliyinin 3, Ədliyyə Nazirliyinin 1 elektron xidməti, həmçinin 11 adda elektron arayış vətəndaşların istifadəsindədir.

Məlumat üçün bildirək ki, “Elektron hökumət” portalının mobil tətbiqinin “iOS” versiyası da istifadəçilərin ixtiyarındadır.

Hər ik mobil əlavəyə giriş “Elektron imza” kartı və istifadəçi adı/şifrə vasitəsilə mümkündür.

Qeyd edək ki, sözügedən tətbiqləri müvafiq olaraq “AppStore” və “PlayStore” onlayn mağazalarında “Elektron hökumət” portalı yazıb axtarış etməklə, mobil qurğunuza yükləyə bilərsiniz. Yaranan suallarla bağlı “157 Zəng Mərkəzi”nə müraciət edə bilərsiniz.

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

TOP 5

Yuxarı