Connect with us

Moneta.az

Bakıda genişzolaqlı internetin inkişaf strategiyası ilə bağlı konfrans keçirilib

TEXNOLOGİYA

Bakıda genişzolaqlı internetin inkişaf strategiyası ilə bağlı konfrans keçirilib

Bakıda genişzolaqlı internetin inkişaf strategiyası ilə bağlı konfrans keçirilib

Bu gün Bakıda “Azərbaycanda  Genişzolaqlı  internetin  inkişaf strategiyası  və  yeni nəsil  şəbəkələrinin  tədrisdə  tətbiqi”  mövzusunda konfrans keçirilib.

Moneta.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Tahir Məmmədov deyib ki, “Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nda milli genişzolaqlı şəbəkənin qurulması vacib istiqamətlərdən biri kimi göstərilib. Onun sözlərinə görə, infrastruktur informasiya cəmiyyətinin inkişafı, eləcə də bu texnologiyaların tətbiqi üçün önəmlidir.

“İnfrastruktur lazımı standartlara cavab verməsə, yeni texnologiyalar tətbiq oluna bilməz. Ona görə bu sahədə Azərbaycanda kifayət qədər işlər görülür. Bu gün Azərbaycanda internet istifadəçilərinin sayı dünya üzrə göstəricisindən xeyli irəlidədir. Bu gün dünyada internetə çıxışı olan əhalinin sayı 50%-ə çatmır, Azərbaycan əhalisinin isə 77%-nin internetə çıxışı var. Bundan başqa, əhalinin 76,7%-nin genişzolaqlı internetə çıxışı var. Bu isə dünyada orta göstəricidən 2,5 dəfə çoxdur. Təbii ki, bu, bizi qane etmir. Əhalinin daha çox hissəsinin keyfiyyətli internetlə təchizatı üçün fasiləsiz iş aparılır”,- deyə şöbə müdiri əlavə edib.

Şöbə müdiri onu da vurğulayıb ki, Azərbaycanda hal-hazırda “böyük startap” hərəkatı formalaşıb: “Gənclər bu sahədə biznesin qurulması, innovativ ideyaların formalaşması və bu cür ideyaların reallaşması, biznesə çevrilməsi istiqamətində kifayət qədər maraqlı layihələr həyata keçirirlər”.

Beynəlxalq Rabitə Akademiyasının prezidenti Anastasiya Ositis isə çıxışında bildirib ki, Azərbaycanda genişzolaqlı internetə keçid prosesləri sadəcə izlənilmir: “Bu xidmətlərin genişləndirilməsi, şəhərlə regionlar arasında “rəqəmli fərq”in azaldılması hökumətin marağındadır”.

Onun sözlərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqı üzv ölkələrin genişzolaqlı internetə keçidinin tənzimlənməsi, inkişafı və infrastrukturun formalaşması üçün tövsiyələrini əsirgəmir. “Əminəm ki, bugünkü konfrans Azərbaycanda genişzolaqlı internetə keçid prosesinin sürətlənməsinə öz töhfəsini verəcək” – deyə o qeyd edib.

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

TOP 5

Yuxarı