Connect with us

Moneta.az

Kalanik Muska qarşı: “Uber”in təsisçisi “Tesla”nın rəhbərini yalan danışmaqda günahlandırdı

TEXNOLOGİYA

Kalanik Muska qarşı: “Uber”in təsisçisi “Tesla”nın rəhbərini yalan danışmaqda günahlandırdı

Musk Kalaniki pilotsuz avtomobillər sektorundan uzaqlaşmağa çağırmışdı. Halbuki, həmin ərəfədə Mask pilotsuz texnologiyanın inkişaf etdirilməsini Tesla üçün əsas istiqamətlərdən biri kimi irəli sürmüşdü.

Moneta.az xəbər verir ki, “Uber”in icraçı direktoru olan Trevis Kalanik (sərvəti 6.3 milyard dollar dəyərləndirilir) keçən il “Tesla”nın rəhbəri Elon Muska (sərvəti 13.9 milyard dollar dəyərləndirilir) zəng etmiş və pilotsuz avtomobillər sektorunda əməkdaşlığa dəvət etmişdir. Bu barədə Bloomberg məlumat verir.

Biznesmenin (red. Kalanik) sözlərinə görə,  Apple “Didi Chuxing”ə 1 milyard dollar investisiya etməsindən sonra Muskla danışıb. Qeyd edək ki, “Didi Chuxing” Uberin Çində ən böyük rəqibidir.

“Mən dedim: bax, biz əməkdaşlıq etməliyik”, – Kalanik deyir. “Musk məni inandırmağa çalışırdı ki, bu (red. pilotsuz texnologiya) bizim üçün hələ əlçatmazdır və bizdə nə yaxşı alınırsa, həmin sahədə də işləməyə davam etməliyik”, – Kalanik əlavə elədi.
Bu söhbətdən çox keçməmiş “Uber”in top menecerlərindən biri “Tesla”dakı mənbələrindən əldə etdiyi məlumata görə, pilotsuz avtomobillərin inkişaf etdirilməsi şirkət üçün prioritet hədəflərindən biridir.

Kalaniklə söhbətdən bir neçə gün sonra Musk şirkətinin 10 illik planlarını ictimaiyyətə təqdim elədi. Məlum oldu ki, Tesla “Uber”in analoqunu yaratmaq istəyir və beləliklə, pilotsuz avtomobillərin sahibləri bu avtomobilləri icarəyə verə bilmək imkanına sahib olacaqlar.

Hazırda “Uber” pilotsuz avtobillərin hazırlanmasında “Daimler AG” və “Volvo” ilə əməkdaşlıq edir. 2016-cı ilin sonlarında “Uber” Volvo XC90-nın bazasında San-Fransisko şəhərində pilotsuz avtobillərin sınağına başlamışdı. Daha sonra Kaliforniya ştatının nəqliyyat departamenti şirkətin belə bir sınaq keçirməyə hüququnun olmadığını bəyan elədi və “Uber” sınaqları saxladı.

 

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

TOP 5

Yuxarı