Connect with us

Moneta.az

Apple istifadəçilərini qəzəbləndirəcək xəbər. Şirkət, ıPhone 8-də vacib özəllikdən imtina edə bilər

TEXNOLOGİYA

Apple istifadəçilərini qəzəbləndirəcək xəbər. Şirkət, ıPhone 8-də vacib özəllikdən imtina edə bilər

Son məlumatlara əsasən “Apple” şirkəti, iPhone 8-də Lightning girişindən imtina edəcək.

Onun, USB Type-C ilə əvəz olunacağı güman olunur. Yalnız “Apple” məhsullarında olanLightning girişin, USB Type-C ilə əvəz edilməsi qərarı təəccüblü hesab edilə bilər. Qeyd etmək lazımdır ki, şirkət artıq iPhpone 7-də standart3.5 mm-lik audiogirişdən imtina etmişdir. Onun əvəzinə şarj etmə və musiqi dinləməni, Lightning girişi vasitəsilə reallaşdırmaq olurdu. Nəticədə bir çoxları bu məsələ ilə bağlı şikayət edirdilər. İstifadəçilər əsasən qeyd edirdilər ki, cihaz şarj olunan zaman musiqi dinləmək mümkün deyil. Təbii ki, naqilsiz qulaqlıq istifadə edənlər bu şikayətlərdən uzaq idilər. USB Type-C ilə eyni hadisə baş verə bilər. Bir çox mütəxəssislərin fikrincə naqilsiz texnologiyalar, gələcyin əsas xüsusiyyətlərindən biridir və ona artıq bu gündən keçid etmək lazımdır. Lakin buna baxmayaraq keyfiyyətli Bluetoothqulaqlıqlar heçdə ucuz qiymətə satılmırlar/technote

 

2017 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

TOP 5

Yuxarı