Connect with us

Moneta.az

Yanvar ayında 78.3 milyon iPhone satışı ilə Apple rekordu

TEXNOLOGİYA

Yanvar ayında 78.3 milyon iPhone satışı ilə Apple rekordu

iPhone satışları bütün sürətliylə davam edir. Apple tərəfindən edilən açıqlama ilə ağıllı telefon dünyasının ən diqqət çəkən telefonunun satış rəqəmləri və maliyyə analizləri açıqlandı!

Apple, tətil rübü olaraq da adlandırılan 2017-ci ilin ilk ayında rekord bir gəlir əldə etdi. Bu rekord gəlirdə iPhone satışlarının təsiri danılmazdır. iPhone 7 və iPhone 7 Plus sayəsində Apple, iPhone satış rekordu qırdı.

Apple, 2017-ci ilin ilk ayında 78.3 milyon iPhone satışıreallaşdırdı. Keçən il eyni ay 74.8 milyon iPhone satan Apple, beləcə iPhone satışlarını 5% artırmış oldu. İlin bu rübündə son üç ildir yaşanan eniş də sona çatmış oldu. Apple, ən yaxşı ilk rüb iPhone satışına çataraq rekord qırdı.

Şirkət iPad mövzusunda keçən ilə görə 19%-lik eniş yaşadı. Keçən il eyni rübdə 16.1 milyon ədəd iPad satılarkən, bu il 13.1 milyon satış rəqəminə çata bildi. Bu enmənin səbəbi çox gümanki keçən ilin son rübündə yeni bir iPad modeli təqdim edilməmiş olmasıdır.

Oktyabr ayında yeni Mac Pro-nu təqdim edən Apple-ın Mac satışlarında da kiçik bir artım var. Keçən il 5.3 milyon Mac satışı reallaşdırılarkən bu il 5.4 milyon Mac satışı baş tutub.

Apple, xidmətlərə görə 7.2 milyard dollar gəlir əldə edərkən Apple Tv, Apple Watch, iPod, AirPods kimi digər məhsullarından 4 milyard dollar qazandı.

Şirkət bu rübdə 78.4 milyard dollarlıq gəlir ilə 17.9 milyard dollarlıq təmiz mənfəət əldə etdi. Hissə başına düşən gəlir isə 3.36 dollar olaraq reallaşdı. Keçən il 75.9 milyard dollar gəlir əldə edərkən hissə başına düşən gəlir 3.28 dollardır/technote

 

2017 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

TOP 5

Yuxarı