Bizimlə əlaqə saxlayın

Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyonu keçib

STATİSTİKA

Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyonu keçib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini ötən ildə də davam etdirib.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Moneta.az-a verilən məlumata görə, 2016-cı il ərzində İB-də əhali sektoru üzrə 171 707 yeni abonent qeydiyyata alınıb ki, bunun da  40 817-si Bakı, Abşeron və Sumqayıt, 130 890-ı isə regionlar üzrədir.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-yə çatıb.

Qeyd edək ki, 01 yanvar 2017-ci il tarixə olan məlumata görə, əhali sektoru üzrə 134 659 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub və qeyri-əhali sektoru üzrə 406 məscid və dini məbədə təbii qazdan  istifadəsi üçün limit ayrılıb.

 

2017 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Davam edin

+ STATİSTİKA

Want free job posting?

To post a Job Announcement, send it via e-mail to vacancy@moneta.az

Latest

Yuxarı