Connect with us

Moneta.az

“Azsığorta”nın Direktorlar Şurasına yeni sədr təyin olunub

SIĞORTA

“Azsığorta”nın Direktorlar Şurasına yeni sədr təyin olunub

30 dekabr 2016-cı il tarixində səhmdarlar yığıncağının qərarına əsasən, Viladi Manıyev “Azsığorta” şirkətinin Direktorlar Şurasının yeni sədri təyin edilib.

Bu barədə şirkətdən məlumat verilib.

V.Manıyev Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1975-1993-cü illərdə Bakıda və Moskvada akademik fəaliyyətlə məşğul olub. 1993-cü ildən kommerasiya təşkilatlarında çalışmağa başlayıb. 1996-cı ildən sığorta sahəsində karyerasını davam etdirib və artıq 20 ildir ki bu sahədə fəaliyyət göstərir. “ASC Insurance Company”, “Caspian Insurance”, “Chartis Azerbaijan” və “Qala Sığorta” kimi şirkətlərdə İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 2008-2010-cu illərdə Amerika Azərbaycan Ticarət Palatasının bank, maliyyə və sığorta komitəsinin sədri olub. Ailəlidir, 2 övladı var/Trend

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

 

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

TOP 5

Yuxarı