Bizimlə əlaqə saxlayın

SOCAR ötən il dövlət büdcəsinə 1 mlrd. 195 mln. manat ödəyib

BÜDCƏ

SOCAR ötən il dövlət büdcəsinə 1 mlrd. 195 mln. manat ödəyib

SOCAR tərəfindən 2016-cı ilin dekabr ayında dövlət büdcəsinə 129 mln. 56 min manat vəsait ödənilib.

Şirkətdən Moneta.az verilən xəbərə görə, bu göstərici 2015-ci ilin dekabr ayı ilə müqayisədə 53 mln. 736 min manat və ya 171,3% çoxdur.

Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında büdcəyə 1 mlrd. 395 mln. 421 min manat vəsait ödənilib.

Bundan əlavə, 2016-cı ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 mln. 666 min manat vəsait köçürüb. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 144 mln. 417 min manat təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 5 mln. 119 min manat və ya 103,7% çoxdur.

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Davam edin

+ BÜDCƏ

Want free job posting?

To post a Job Announcement, send it via e-mail to vacancy@moneta.az

Latest

Yuxarı