Connect with us

Mühasib – Prolink Caspian LLC

VAKANSİYALAR

Mühasib – Prolink Caspian LLC

İşçiyə qoyulan tələblər:

• Cinsi: Kişi;
• İqtisadiyyat və mühasibat sahəsində ali təhsil;
• Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer, 1C mühasibatlıq proqramı. BTP, EFP, B1, B3 proqramları ilə işləmə bacarığı. Online prosedurları həyata keçirmə bacarığı;
• Kargüzarlıq işlərini bilmək;
• Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı;
• Dil bilikləri: Azərbaycan dili – doğma, İngilis dili – yaxşı, Rus dili  –  yaxşı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

• Gündəlik Bank və depozit hesablar  üzrə pul vəsaitlərinin hərəkətinin 1 C proqramına daxil edilməsi;
• 1 C proqramında kassa əməliyyatlarının aparılması; Təhtəlhesab şəxslərlə hesablaşmalar və onların hesabatlarına nəzarət;
• Kreditor borcları – hesab fakturaları 1 C proqramında tanıtmaq və onları nəzarətdə saxlamaq, ödənişini həyata keçirmək;
• Debitor borcları – hesab fakturaları hazırlamaq (o cümlədən, saytdan onlayn VHF ləri göndərmək), hesab fakturaları 1 C proqramında tanıtmaq və onları nəzarətdə saxlamaq;
• Debitor və kreditor müqavilələrinə nəzarət etmək;
• Xarici ödənişləri həyata keçirmək və sənədlərin bankdan geri qayıdıb-qayıtmamasını nəzarətdə saxlamaq. Xarici ödənişlərin  konvertasiyasının 1 C proqramına daxil edilməsi;
• Ayın sonu kadrlar xidmətinin verdiyi işəçıxma tabeli və əmrlərə görə  əmək haqqının hesablanması (Microsoft Excell və 1C proqramında);
• BTP proqramında vergi hesabatlarını hazırlamaq;
• B1 proqramında DSMF-nin rüblük və illik hesabatlarını  hazırlamaq və  saytdan  “onlayn”   göndərmək;
• B3- illik hesabatın hazırlanıb saytdan “onlayn”  göndərilməsi;
• Xəstəlik pulu, hamiləliyə görə ödənişlər, uşaq pulu və s.  ödənişlərin aparılması üçün DSMF yə lazımi sənədlərin və hesabatların hazırlanıb, saytdan “onlayn” göndərilməsi;
• Baş mühasibin və rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.

İş şərtləri:

• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Rəsmi, stabil ödənilən əmək haqqı
• İcbari  sığorta
• İş vaxtı:  8.00 – 17.00 (bazar ertəsi – cümə)
• İstirahət günləri: şənbə, bazar, bayram günləri
• Korporativ nəqliyyat

Maraqlananlar öz CV formalarını hr@prolinkcaspian.com ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

+ VAKANSİYALAR

  • VAKANSİYALAR

    Менеджер магазина – Italdizain Group

    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

    Требования: • Высшее образование в сфере маркетинга и рекламы, экономическое; • Уверенный пользователь ПК с хорошим...

  • VAKANSİYALAR

    “Pasha Holdinq”də 2 müxtəlif vakansiya

    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

    İT auditi üzrə menecer Tələblər: • Xüsusi və gündəlik tapşırıqlar vasitəsilə Qrupun şirkətlərində İnformasiya Texnologiyaları və İnformasiya...

  • VAKANSİYALAR

    Mikromaliyyə üzrə mütəxəssis – Unibank

    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

    Mikromaliyyə üzrə mütəxəssis (Bakı, Quba, Salyan, İsmayıllı, Şəki, Mingəçevir, Bərdə, Gəncə, Şəmkir, Tovuz, Lənkəran regionları üzrə)...

  • VAKANSİYALAR

    Accountant – Gilan Agricultural Group

    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

    Responsibilities: • Handle full spectrum of financial and cost accounting role, forecasting, budgeting etc. • Responsible for day...

  • VAKANSİYALAR

    Plant Operators & Control Room Operators – SOCAR Polymer

    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

    JOB DUTIES: • Responsible for the operations portion of the plant. Monitors and operates all process control...

Ad

TOP 5

Yuxarı