Connect with us

ADU-nun adı nüfuzlu reytinq siyahısında

TƏHSİL

ADU-nun adı nüfuzlu reytinq siyahısında

Böyük Britaniyanın nüfuzlu “Quacquarelli Symonds” (QS) təşkilatı Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin universitetlərinin 2016-cı ilin ikinci yarısı üçün reytinqini açıqlayıb.

Azərbaycan Dillər Universitetindən (ADU) verilən məlumata görə, siyahıda ilk üç yeri M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Novosibirsk Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universiteti bölüşür. Sevindirici haldır ki, ölkəmizin bir neçə universitetinin adının düşdüyü reytinq siyahısında Azərbaycan Dillər Universitetinin də adı öz əksini tapıb. ADU siyahıda 121-130-cu pillələrdə qərarlaşıb.

Qeyd edək ki, reytinq siyahısında Türkiyə, Çexiya, Polşa, Qazaxıstan, Belarus, Estoniya və digər dövlətlərin universitetləri də yer alıb/Trend

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Yuxarı