Bizimlə əlaqə saxlayın

“Qazprom”un təklifinə Gürcüstan hökuməti razılıq verməlidir – Kaxa Kaladze

ENERGETİKA

“Qazprom”un təklifinə Gürcüstan hökuməti razılıq verməlidir – Kaxa Kaladze

“Gürcüstan ilə “Qazprom” arasında danışıqların 3-cü mərhələsi başa çatıb. Yanvarın 10-da Minskdə keçirilən görüşdə yenə də, “Qazprom” Ermənistana satdığı təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə, nağd pul təklif edib”.

Bunu Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze “Qazprom” nümayəndələri ilə görüşünün nəticələri barədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Qazprom” Ermənistana satdığı təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə daşınan “mavi yanacağın” ümumi həcminin 10 faizi həcmində rəsmi Tbilisiyə təbii qaz verirdi: “Bu müqavilənin müddəti 2016-cı il dekabrın 31-də başa çatmışdı. Yeni müqavilənin layihəsi hazırlanarkən bəzi şərtlərdə dəyişikliklər nəzərdə tutulub. Belə ki, Gürcüstan yenə də, “mavi yanacağın” nəqlinə görə qaz almaq niyyətində olsa da “Qazprom” qazın nəqlinə görə, nağd pul ödəməkdə israrlıdır”.

K.Kaladzenin sözlərinə görə, “Qazprom”un təklifi Gürcüstan hökumətinin iclasında müzakirə olunacaq/Report

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şərh yazmaq üçün tıklayın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

+ ENERGETİKA

GÜNÜN ƏN ÇOX OXUNANLARI

Yuxarı