Connect with us

Moneta.az

BMW Telman İsmayılovun oğlunun müflis elan olunmasını tələb edir

ARAŞDIRMA

BMW Telman İsmayılovun oğlunun müflis elan olunmasını tələb edir

Ötən il Rusiyada fəaliyyət göstərən “BMW Bank” məhkəməyə müraciət edərək Rusiya Dövlət Dumasının sabiq üzvü Aleksey Mitrofanovun və Azərbaycan əsilli iş adamı Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis elan olunmasını tələb edib. İddia tələbinin məbləği açıqlanmır.

A. Mitrofanov və Ə. İsmayılovdan münasibət öyrənmək mümkün olmayıb.

“BMW Bank”ın rəsmisi də şərh verməkdən imtina edib.

2011-ci ilin sonuna A. Mitrofanovun “BMW-X6” və “BMW-750Li” avtomobilləri var. 2015-ci ilin sonuna isə sabiq deputatın yalnız “BMW-750Li” markalı maşını qalıb.

Ə. İsmayılova “AST Trans Market” şirkətinin səhmlərinin 31,7%-i, bir o qədəri onun qardaşı Sərxana, qalan hissəsi isə qohumu Zaur Mərdanova məxsusdur.

Xatırladaq ki, 2016-cı ilin avqust ayının sonunda Moskvanın arbitraj məhkəməsi Rusiyanın başqa bankı “BM-Bank”ın iddiasına əsasən Telman İsmayılovu müflis elan edib.

A. Mitrofanov 2014-cü ildə deputat toxunulmazlığından məhrum olunub. O, iş adamı Vyaçeslav Jarovdan 200 min dollar rüşvət almaqda ittiham olunur. Hazırda sabiq deputat Rusiyadan kənarda yaşayır.

“BMW Bank” MMC “BMW Group” konserninə daxil olan Avstriyanın “BMW Оsterreich Holding GmbH” şirkətinin törəməsidir. Bank əsasən BMW-nin Rusiyadakı rəsmi dilerinin satdığı avtomobillərin kreditləşməsi ilə məşğuldur/APA

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

TOP 5

Yuxarı