Connect with us

“Ziraat Bank Azərbaycan”ın rəhbərliyi yenidən formalaşıb

BANKLAR

“Ziraat Bank Azərbaycan”ın rəhbərliyi yenidən formalaşıb

“Ziraat Bank Azərbaycan” ASC-nin rəhbərliyində cəddi dəyişiklik olub.

Moneta.az xəbər verir ki, şirkətin Müşahidə Şurasına yeni sədr təyin olunub. Bu vəzifəyə Ömər Baktır təyinat alıb. Ö. Baktır Hüseyin Aydını əvəzləyib.

Bilgehan Kuru, Ayçe Şule Gürleyik, Taha Çakmak isə Müşahidə Şurasının yeni üzvləridir. Muharrem Karslı, Yusuf Dağcan, Burhaneddin Tanyeri tutduğu vəzifələrdən azad olunublar. Vəzifəsini qoruyan yalnız Ali Taşdemirdir.

Yeri gəlmişkən, kadr dəyişiklikləri ilə yanaşı, struktur dəyişikliyi də baş tutub. Belə ki, yeni yaradılan Müşahidə Şurası sədrinin müavini vəzifəsinə Bilgehan Kuru təyin olunub.

“Ziraat Bank Azərbaycan” ASC Türkiyənin dövlət bankı olan “Ziraat Bank”ın törəməsidir/APA

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

 

Yuxarı