Bizimlə əlaqə saxlayın

Bakıda keçiriləcək növbəti Formula 1 yarışlarına ən çox bileti ruslar alıb

TƏDBİR

Bakıda keçiriləcək növbəti Formula 1 yarışlarına ən çox bileti ruslar alıb

Bakıda keçiriləcək növbəti Formula 1 yarışları üçün artıq 27 ölkədən biletlər alınıb.

Bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ASAN Radio ilə müqavilənin imzalanması mərasimində deyib.

N.Arpadarai bildirib ki, 2016-cı il dekabrın 2-dən bu günədək satılan biletlərin 62,3 faizi Rusiyanın, 8,9 faizi Böyük Britaniyanın, 8,1 faizi Azərbaycanın payına düşür. Bilet alışına görə ilk onluğa daxil olan ölkələr Rusiya, Böyük Britaniya, Azərbaycan, Almaniya, Gürcüstan, Ukrayna, Monako, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan və İsveçrədir. Çin, Sinqapur və Vyetnam kimi Asiya ölkələrindən də 2017 Formula Azərbaycan Qran Prisinə maraq göstərənlər var.

Hazırda biletlər 30 faizədək endirimli qiymətlərlə təklif olunur. Bu kampaniya yanvarın 31-dək davam edəcək və növbəti endirim olmayacaq.

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Davam edin

+ TƏDBİR

Moneta.az saytında vakansiyanı necə yerləşdirə bilərəm?

Moneta.az saytında vakansiya yerləşdirmək üçün vakansiya haqqında məlumatları vacancy@moneta.az email ünvanına göndərə bilərsiniz

SON VAKANSİYALAR

Mühasib – Metak

Moneta.az 28 Fevral 2017

Hostess – Restoran

Moneta.az 26 Fevral 2017

Qabyuyan (xanım) – Restoran

Moneta.az 26 Fevral 2017

Help Desk – Altes Group

Moneta.az 23 Fevral 2017
Yuxarı