Connect with us

Türkiyədə çörəyin qiyməti qalxır

KAPİTAL BAZARI

Türkiyədə çörəyin qiyməti qalxır

Türkiyədə çörəyin qiyməti bahalaşmaq üzrədir.

Xəbərə görə Türkiyə Çörəkçilər Federasiyasının rəhbəri Xəlil İbrahim Balçı, Ankarada 1 lirəyə satılan 250 qram çörəyin qiymətinin 10 faiz bahalaşacağını deyib.

Bildirib ki, nəticədə çörək 1,10 lirə təşkil edəcək:

“Unun qiymətləri belə davam etsə, Ankarada 250 qram çörəyin qiyməti 1,25 lirədən aşağı olmayacaq. Nazirliyin qısa müddət ərzində prosesə müdaxilə edərək süni artımın qarşısını alması vacibdir. 2 ay əvvəl 62 lirəyə alınan unun kisəsi 79-85 lirəyə yüksəlib. Unun qiymətindəki 25-30 faizlik artım spekulyativ artımdır. 2015-ci ilin dekabr ayında da eyni hadisə baş vermişdi”/Publika.az

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Yuxarı