Connect with us

“AFB Bank” kreditləşməni dayandırıb

KREDİT

“AFB Bank” kreditləşməni dayandırıb

“AFB Bank” ASC müvəqqəti olaraq müştərilərə kredit verilməsini dayandırıb. Bu barədə Bankdan bildirilib.

Məlumata görə, kreditləşmənin dayandırılması şərtlərə, əsasən də illik faiz dərəcələrinə yenidən baxılması ilə bağlıdır.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,4 mln. manatdır. Səhmlərin 99,64%-i “Gilan” MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu “Gilan Holding” MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur/Report

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Yuxarı