Connect with us

“Ukrtatnafta” Azərbaycan nefti hesabına emalı 41%-dən çox artırmağı planlaşdırır

ENERGETİKA

“Ukrtatnafta” Azərbaycan nefti hesabına emalı 41%-dən çox artırmağı planlaşdırır

Bu il Azərbaycan neftinin Ukraynanın Kremençuq Neft Emalı Zavoduna (NEZ) tədarükü sayəsində zavodun operatoru “Ukrtatnafta” şirkəti neft emalını 41%-dən çox artırmağı planlaşdırır.

Moneta.az xəbər verir ki, bu barədə şirkətin məlumatında qeyd olunub.

Qeyd edilib ki, 2016-cı ildə şirkət neft emalını 11% artırıb.

Məlumata görə, hazırda “Ukrtatnafta” 2016-cı ilin dekabr ayının son günlərində Ukraynaya çatdırılan və Kremençuq zavoduna nəql olunması nəzərdə tutulan 80 min ton həcmindəki “Azeri Light” markalı neftin qəbuluna hazırlaşır. Xam neftin təchizatçısı Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR).

Xatırladaq ki, 2016-cı il noyabrın əvvəlində Kremençuq Neft Emalı Zavoduna ildə 1,3 mln. ton olmaqla 3 il müddətinə 4 mln. ton həcmində Azərbaycan neftinin nəqli üçün “Ukrtransnafta” və “Ukrtatnafta” arasında niyyət protokolu imzalanıb.

Ötən gün yayılan məlumata görə, “Ukrtransnafta” şirkəti Avqustovka-Kremençuq neft kəmərini doldurmuş 170 min ton “Urals” markalı neftin boşaldılmasına və onun “Azeri Light” markalı neftlə dəyişdirilməsinə başlayıb. Məlumata görə, bu məqsədlə Odessa vilayətindəki Avqustovka bazalarından və “Cənub” dəniz neft terminalındakı Azərbaycan neftindən istifadə ediləcək. “Urals” neftinin “Azeri Light”la əvəzlənməsi Azərbaycan neftinin 2017-ci ildə Kremençuq Neft Emalı Zavoduna tədarükünün həyata keçirilməsi üzrə imzalanmış müqavilənin mühüm hissəsidir. Bu proses yanvar ayı boyunca davam edəcək, fevraldan isə boru kəmərində Azərbaycan nefti axacaq/Report

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Yuxarı