Connect with us

Bakıda böyük marketlər şəbəkəsi bağlanır? – AÇIQLAMA

STRATEGİYA

Bakıda böyük marketlər şəbəkəsi bağlanır? – AÇIQLAMA

“Araz” marketlər şəbəkəsinin heç bir filialı fəaliyyətini dayandırmayıb”.

Bunu açıqlamasında “Araz” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elvin Babayev deyib.

O qeyd edib ki, hazırda marketlər şəbəkəsininn 47 filialı fəaliyyət göstərir. Cari ildə əsas hədəf filialların sayını artırmaqdır.

Nəzərə çatdıraq ki, mətbuatda paytaxtın Binəqədi rayonu Ə.Naxçıvani küçəsindəki “Araz” marketin yeni ildən fəaliyyətini dayandırdığına dair məlumat yer alıb.

E.Babayevin dediyinə görə, sözügedən ərazidə marketin bağlanmasından söhbət getmir. Sadəcə, yerləşdiyi ərazi əlverilşi olmadığından yaxınlıqdakı yerə köçürülür/publika.az

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Yuxarı