Bizimlə əlaqə saxlayın

Azərbaycanda SIM-kartların satışı mərkəzləşdiriləcək

TEXNOLOGİYA

Azərbaycanda SIM-kartların satışı mərkəzləşdiriləcək

2017-ci ilin ilk aylarında Azərbaycanda mobil rabitə operatorlarının SIM-kartlarının mərkəzləşdirilmiş satış sisteminin tətbiq olunacağı gözlənilir. Bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Məlumata görə, söhbət operatorların abunəçilərinin onlayn rejimdə müəyyənləşdirilməsinə imkan verən sistemdən gedir. SIM-kartın satışı zamanı abunəçi haqqında məlumat həm operatorun məlumat bazasına, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinə daxil ediləcək.

Hökumətin SIM-kartların satışı proseduruna dəyişikliklər barədə müvafiq qərarına uyğun olaraq, kartların qeydiyyatı mərkəzləşdirilmiş və bütün operatorlar üçün vahid qaydada aparılacaq. Bu addım həmin sahədə olan nöqsanları aradan qaldırmağa və satışları sistemləşdirməyə imkan verəcək/Trend

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Davam edin

+ TEXNOLOGİYA

Posting a job vacancy is easy and free

Send a job announcement via e-mail to vacancy@moneta.az

We will help you to find the right candidate

SON VAKANSİYALAR

Yuxarı